Accessibility links

Partiyanın Məclisi prezident və ailə üzvlərinin ofşor zonalarda biznes fəaliyyətini, eyni ilə də vətəndaş fəallarının, dindarların, jurnalistlərin həbsini və təzyiqləri pisləyən bəyanatlarla çıxış edib

Azərbaycanın xilası yalnız bu hakimiyyətin siyasi səhnəni tərk etməsi nəticəsində mümkün ola bilər və biz İlham Əliyev başda olmaqla bütün Azərbaycan hökumətinin istefaya getməsini tələb edirik. Bu barədə Müsavat Partiyasının aprelin 6-da keçirilən Məclisinin bəyanatında deyilir.

İlham Əliyev başda olmaqla bütün Azərbaycan hökumətinin istefaya getməsini tələb edirik.

Ofşor bank hesabları barəsində yayılmış sənədlərlə bağlı Müsavat Partiyası Məclisinin qəbul etdiyi bəyanatda deyilir ki, bu gün ölkəni hər sahədə bürümüş dərin böhranın ən birinci səbəbi korrupsiyadır.

“Korrupsiya artıq xərçəng xəstəliyi kimi metastaz verərək, təkcə ölkə iqtisadiyyatını yox, digər sahələri də iflic etmiş, ölkədə ciddi mənəvi deqradasiyanın yaranmasına səbəb olmuşdur. Hakimiyyət uzun illərdir ki, korrupsiya ilə ciddi mübarizə aparmaq, onun qarşısını almaqla bağlı istər xaricdən, istərsə də daxildən səslənən israrlı tələblərə məhəl qoymur. Bu onun göstəricisidir ki, artıq 20 ildən çoxdur ki, ölkə idarəçiliyinin başında oturmuş şəxslər islahat haqqında düşünmək belə istəmirlər”, sənəddə qeyd edilib.

Artıq 20 ildən çoxdur ki, ölkə idarəçiliyinin başında oturmuş şəxslər islahat haqqında düşünmək belə istəmirlər.

Bu günlərdə Beynəlxalq Araşdırmaçı Jurnalistlər Təşkilatı dünyanın 170 ölkəsində 130 mindən çox zəngin adamın ofşor bank hesabları haqqında məlumatlar açıqlamağa başlayıb. Bu, indiyə kimi dünya tarixində misli görünməmiş bir hadisədir və həcm etibarı ilə o qədər böyük materialdır ki, onun araşdırılması üçün xüsusi qrup yaradılıb və həmin qrupa 100 nəfərə yaxın jurnalist cəlb olunub. Hələlik həmin materialların cüzi bir qismi açıqlanıb və burda Azərbaycan prezidentinin özü və ailə üzvləri haqqında çox ciddi faktlar yer alıb.

Müsavat Partiyası bildirir ki, prezidentin özünün, qızları və həyat yoldaşının adına həmin ofşor şirkətlərdə milyardlarla dollar vəsaitlər qoyulub və bu vəsaitlərin böyük bir hissəsi faktiki olaraq Azərbaycanda hamının yaxşı tanıdığı “Azərsun Holdinq”in prezidenti Abdulvari Gözəlin qardaşı Hassan Gözəl tərəfindən idarə olunur. Ümumiyyətlə, sözü gedən Holdinqin də prezidentin ailəsinə məxsusluğu haqqında sənədlər yayılıb.

Azərbaycanın digər vətəndaşları kimi onlar da bizneslə məşğul ola bilər

“Azərbaycan Prezidentinin özünün və ailə üzvlərinin adı ilk dəfə deyil ki, bu cür beynəlxalq miqyaslı maliyyə qalmaqallarında hallanır. Hələ bir neçə il əvvəl onun qızlarının və azyaşlı oğlunun adına Dubayda ümumi dəyəri 75 milyon dollar olan villaların alınması barədə “Vaşinqton Post” qəzeti xüsusi məqalə çap etmişdi. Həmin vaxt ölkə ictimaiyyəti, siyasi partiyalar və ictimai təşkilatlar dəfələrlə bu məsələyə aydınlıq gətirilməsi ilə bağlı tələblər irəli sürsələr də, hakimiyyət susqunluq nümayiş etdirmişdi”.

Öz növbəsində, Azərbaycan prezidentinin mətbuat xidmətinin rəhbəri Azər Qasımov bildirib ki, prezidentin ailəsi bizneslə məşğul ola bilər.

“Azərbaycanın digər vətəndaşları kimi onlar da bizneslə məşğul ola bilər. Qanun onlara bu imkanı verir. Bunda qeyri-adi bir şey görmürəm”, - A.Qasımov BBC-yə bildirib.

Müsavat Partiyasının ikinci bəyanatında isə son zamanlarda ölkədə həyata keçirilən həbslər v və cərimələrlə bağlıdır.

Müsavat Partiyası ictimai fəallığın zəiflədilməsi, siyasi opponentlərin sıradan çıxarılması məqsədilə saxta ittihamlar əsasında həyata keçirilən həbslərə son qoyulmasını, həbs olunanların dərhal azadlığa buraxılmasını tələb edir, beynəlxalq təşkilatların və Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin öz missiyalarını mandatlarına uyğun olaraq daha prinsipial şəkildə həyata keçirməyə çağırır.

Partiya bildirir ki, Azərbaycanda xalqın müxtəlif kəsiminin hakimiyyətin özbaşınalıqlarına etiraz əlaməti olaraq etiraz aksiyaları təşkil etməsi və haqq səsini qaldırmasından qorxuya düşən iqtidar kütləvi şəkildə repressiyalara start verib.

Azərbaycanın hakimiyyətinin beynəlxalq təşkilatlara güc nümayişi göstəricisidir. Mart ayından başlayaraq bu hal daha geniş vüsət alıb.

Sənəddə Qubada, İsmayıllıda, Binə Ticarət Mərkəzində etirazlar, “Əsgər ölümünə son!” aksiyaları ilə bağlı və son günlər həbs edilən çoxsaylı insanın, o cümlədən dindarların adı sadalanır. Partiya həmçinin jurnalistlərin həbsini, mediaya və jurnalistlərə qarşı təzyiqləri pisləyir.

“Ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların işinə kobud şəkildə müdaxilə və insan haqlarının ardıcıl pozulması davam edir. ATƏT-in gənclərlə keçirdiyi seminara hökumət qüvvələri tərəfindən kobudcasına müdaxilə edilməsi, Milli Demokratiya İnstitutunun fəaliyyətinin beynəlxalq hüquq normalarına məhəl qoyulmadan təftiş olunması seçki ilində

Azərbaycanın hakimiyyətinin beynəlxalq təşkilatlara güc nümayişi göstəricisidir. Mart ayından başlayaraq bu hal daha geniş vüsət alıb”.

Bəyanatda bildirilir ki, bütövlükdə ölkədə haqqını tələb edən insanları müxtəlif yollarla cəzalandırmaq xətti götürən iqtidarın bu hərəkəti ölkənin seçki yolu ilə dəyişdirilməsi istiqamətində siyasi müxalifətin istəklərinin qarşısını almağa yönəlib.

Müsavat Partiyası bu həbslərin kobud qanun pozuntuları ilə müşayiət olunduğunu və siyasi xarakter daşıdığını xüsusi qeyd edir.
XS
SM
MD
LG