Accessibility links

“Müsavat” partiyası azad seçki şüarı ilə mitinq keçirməyə cəhd edib


“Müsavat” partiyası azad seçki şüarı ilə mitinq keçirməyə cəhd edib

“Müsavat” partiyası azad seçki şüarı ilə mitinq keçirməyə cəhd edib

“Müsavat” partiyası və Demokratiya Uğrunda İttifaq Bakıdakı Hüseyn Cavid bağında sərbəst toplaşmaq azadlığının təmin edilməsi, demokratik seçki, siyasi fəallara və mediaya təzyiqlərə son qoyulması, elektron mediaya total nəzarətin ləğv edilməsi tələbi ilə mitinq keçirməyə cəhd edib

“Müsavat” partiyası və Demokratiya Uğrunda İttifaq Bakıdakı Hüseyn Cavid bağında sərbəst toplaşmaq azadlığının təmin edilməsi, demokratik seçki, siyasi fəallara və mediaya təzyiqlərə son qoyulması, elektron mediaya total nəzarətin ləğv edilməsi tələbi ilə mitinq keçirməyə cəhd edib. Cəhdin qarşısı alınıb. Saxlananlar var.

Hazırda polis idarəsində saxlanan “Müsavat” partiyası mərkəzi aparatının rəhbəri Arif Hacılı “Amerikanın səsi” radiosuna 36 nəfər fəalın polis idarəsində olduğunu deyib.

Cəhdin qarşısı alınarkən yüngül fiziki təzyiqlər də qeydə alınıb. Bir sıra məqamlarda hüquq-mühafizə orqanlarının əməkdaşları hətta jurnalistlərin işləməsinə belə, mane olub.

Daxili İşlər nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “Amerikanın səsi” radiosuna qanunsuz mitinqə cəhd zamanı otuzadək şəxsin saxlandığın deyib.

Öz növbəsində, “Müsavat” partiyasının başqanı İsa Qəmbər “Amerikanın səsi” radiosuna müsahibəsində aksiya iştirakçılarına qarşı fiziki təzyiqlərin olduğunu deyib. O kütləvi aksiyaların gələcəkdə də davam etdiriləcəyini bildirib.

XS
SM
MD
LG