Accessibility links

Müsavat partiyası toplaşmaq azadlığının təmin edilməsini tələb edib


Musavat partiyası fəalları etiraz aksiyası keçirməyə cəhd göstərir - 14 Aprel 2010
Musavat partiyası fəalları etiraz aksiyası keçirməyə cəhd göstərir - 14 Aprel 2010

Partiya fəalları Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında piket keçirməyə cəhd göstərib

Müxalifətdə olan “Müsavat” Partiyasının bir qrup fəalı Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında piket keçirməyə cəhd edib. Müsavat fəalları Azərbaycanda sərbəst toplaşmaq azadlığının təmin edilməməsi, paytaxtın mərkəzi hissəsində, rəsmi qurumların binalarının önündə aksiya keçirməyə icazə verilməməsinə etiraz edib.

Polis cəhdin qarşısını alıb.Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev aksiya zamanı beş-altı nəfərin saxlandığını bildirib.

“Müsavat” partiyasının məlumatına görə isə, 47 üzvü saxlanılıb.

XS
SM
MD
LG