Accessibility links

Müsavat Partiyasının başqanı polisə çağırılıb


Müsavat Partiyasının başqanı Arif Hacılı və partiyanın Mingəçevir şəhər təşkilatının sədri Nürəddin Rüstəmli polisə çağırılıb.

Arif Hacılı sentyabrın 8-də saat 11-də Bakı Baş Polis İdarəsində olmalıdır. N.Rüstəmlidən isə sentyabrın 7-də günortadan sonra Mingəçevir şəhər Polis İdarəsində olması istənilib.

Bu barədə partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlı bildirib.

Onun dediyinə görə, çağırış partiyanın sentyabrın 18-nə təyin etdiyi mitinqlə bağlıdır.

Müsavat Partiyası sentyabrın 26-da referenduma çıxarılacaq konstitusiyaya dəyişikliklərin əleyhinədir. Partiya referenduma qədər dəyişiklik təkliflərinin əleyhinə təbliğat aparmaq niyyətindədir.

Ancaq Mərkəzi Seçki Komissiyası partiyanın təsis etdiyi "Respublika" təşəbbüs qrupunu qeydə almayıb. Beləliklə, partiya ödənişsiz efir imkanından məhrum olub.

Partiya sentyabrın 18-nə referendum əleyhinə mitinq təyin edib.

Bundan başqa, Müsavat Partiyası referendumun əleyhinə olan Milli Şuranın sentyabrın 11-nə təyin olunmuş mitinqinə də dəstək verəcəyini açıqlayıb.

Sentyabrın 26-da konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçiriləcək.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilədək artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq və yeni seçkilər təyin etmək səlahiyyəti verilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG