Accessibility links

Apellyasiya Məhkəməsi Müsavat Partiyasının MSK-dan şikayətini təmin etməyib


Musavat Partiyasi
Musavat Partiyasi

Sentyabrın 1-də Bakı Apelyasiya Məhkəməsi hakim Mirzə Tağızadənin sədrliyi ilə keçirilən prosesdə Müsavat Partiyasının “Respublika” təşəbbüs qrupunun qeydə alınmaması barədə Mərkəzi Seçki Komissiyasının (MSK) qərarından verdiyi şikayəti təmin etməyib. Bu barədə Müsavat Partiyasının Mərkəzi Seçki Qərargahının sədri Gülağa Aslanlı Amerikanın Səsinə bildirib.

MSK “Respublika” təşviqat qrupunun müdafiəsinə verilmiş 41 128 seçici imzasının 3600-nün etibarsiz olması barədə qərar çıxarıb.

Müsavat Partiyası MSK-nin qərarını siyasi adlandırıb.

“Müsvat Partriyası apellyasiya şikayətində göstərib ki, “Seçki Məcəlləsi”nə görə, təşəbbüs qrupunun məsələsi gündəliyə çıxarılmamışdan 24 saat öncə imzaları yoxlayan işçi qrupunun protokolu təqdim edilməlidir. Protokolda düzgün olmayan imzaların sırası və səbəbləri göstərilməlidir. Bu protokol təqdim olunmayıb. Məhkəmədə təşəbbüs irəli sürdük ki, imzalar yoxlanılsın. Bir çox imzaların düzgün olmmasında seçicinin şəxsiyyət vəsiqəsinin verilmə tarixinin düzgün yazılmaması göstərilib. Biz məhkəmədən xahiş etdik ki, həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini məhkəməyə təqdim etmək üçün vaxt verilsin. Məhkəmə əks dəlil gətirmədən şikyətin təmin edilməməsi barədə qərar qəbul etdi”, Gülağa Aslanlı Amerikanın Səsinə bildirib.

Müsavat Partiyası Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcək.

XS
SM
MD
LG