Accessibility links

Müsavat Partiyası ölkədə bahalaşmaya etiraz olaraq kortəbii başlayan etiraz aksiyaları və bu aksiyalara görə müxalif partiya fəallarının həbsilə bağlı bəyant yayıb.

Sənəddə Ucar, Füzuli, Beyləqan, Ağcabədi, Siyəzən və Lənkəran rayonlarında etirazların olması manatın təkrar devalvasiyadan sonra əhalinin sosial şəraitinin daha da pisləşməsinin nəticəsi sayılır.

“Müsavat Partiyası həmişə olduğu kimi, yenə də haqları uğrunda mübarizə aparan insanların - xalqın yanında olduğunu bəyan edir, bəzi hakimiyyət üzvlərinin xalqın bu haqlı etirazlarını təhqiredici idafələrlə lağa qoymasını qəti şəkildə pisləyir”, bəyanatda deyilir.

Sənəddə Lənkəranın Liman qəsəbəsində baş verən etiraz aksiyasına görə “Müsavat” və AXCP rayon təşkilatının sədrləri İmanverdi Əliyevin və Nazim Həsənlinin həbsinin hüquqi əsası olmadağı vurğulanır. Bu şəxslərin dərhal azad olunmaları tələb edilir. Siyəzən şəhərində baş verən hadisələrin araşdırılıb hüquqi qiymət verilməsi tələb olunur. Eyni zamanda, sənəddə iqtidar siyasi repressiyanı artırmaqda ittiham edilir.

“Xalq ayrı-ayrı bölgələrdə lokal aksiyalar keçirərək, ölkədə yaranan ərzaq bahalığına görə hökümətə etirazını ifadə edir, hökumətsə problemləri həll etmək əvəzinə, etirazçılara qarşı repressiv addımlar atır”, Müsavat bildirir.

Bu aksiyalara görə Müsavat Partiyası başqanı Arif Hacılının bu gün Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağırılaraq xəbərdarlıq alması hakimiyyətin partiya və cəmiyyətə qarşı təzyiq kampaniyasının tərkib hissəsi sayılır.

Son olaraq Müsavat Partiyası “İman Əliyev və o cümlədən, saxlanılan bütün şəxslər dərhal azad olunmalı, insanların haqsızlığa etiraz hüququna zorakılıq tətbiq edən vəzifəli şəxslər məsuliyyətə cəlb edilməli, bütün siyasi məhbuslar dərhal azadlığa buraxılmalıdır”, deyə tələb edir

XS
SM
MD
LG