Accessibility links

Məhsul stadionunda İsa Qəmbərin seçicilərlə görüşü olacaq


Müsavat Partiyasının mitinqi
Müsavat Partiyasının mitinqi

Müsavat Partiyası oktyabrın 25-də saat 15-də Bakıda, İnşaatçılar metro stansiyasının yaxınlığında yerləşən “Məhsul” stadionunda İsa Qəmbərin seçicilərlə görüşü keçiriləcək və Müsavat Partiyasının seçki platforması təqdim ediləcək. Bu barədə Müsavat Partiyası başqanının müavini Elman Fəttah Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, görüş Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.

Müsavat Partriyasının keçmiş başqanı İsa Qəmbər 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəddir. Məhsul stadionu 15 saylı Yasamal birinci seçki dairəsinin ərazisində yerləşir.

Başqan müavini bununla yanaşı Müsavat Partiyasının parlament seçkilərində iştirak qərarına yenidən baxacağı ilə bağlı bəyanatının qüvvədə qaldığını bildirib.

XS
SM
MD
LG