Accessibility links

Müsavat Partiyası Milli Şuranın mitinqində iştirakı məqbul sayır


Milli Şura "Talana son!" şüarı ilə mitinq keçirib
Milli Şura "Talana son!" şüarı ilə mitinq keçirib

Müsavat Partiyasının sentyabrtın 5-də keçirilən divanı ölkədə avtokratik rejimin möhkəmlənməsinə qarşı istənilən qanunauyğun təşəbbüsləri dəstəklədiyini, referendumla əlaqədar Milli Şuranın sentyabrın 11-nə təyin etdiyi mitinqin hədəflərini, şüar və tələblərini düzgün hesab etdiyini, bu mitinqdə öz tərəfdaşlarının iştirakını məqsədəuyğun hesab etdiyini bəyan edib. Bu barədə Müsavat Patiyasının məlumatında deyilir.

Milli Şura sentyabrın 11-də Bakıda “Monarxiyaya yox!”, “Talana son!” şüarları ilə mitinq keçirmək barədə qərar qəbul edib.

Divanın bugünkü iclasında Müsavat Partiyasının sentyabrın 18-də saat 17.00-dan 19.00-dək “Məhsul” stadionunda 26 sentyabra elan olunan referendumla bağlı mitinqin keçirilməsi ilə bağlı qərar da qəbul edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG