Accessibility links

Tomas de Vaal: Azərbaycanda azad seçki ənənəsi yoxdur [Video]


"Qara Bağ" kitabının müəllifi Tomas de Vaalla müsahibə
please wait

No media source currently available

0:00 0:07:11 0:00

"Qara Bağ" kitabının müəllifi Tomas de Vaalla müsahibə

Karnegi Beynəlxalq Sülh Fondunun Qafqaz üzrə eksperti Amerikanın Səsinə müsahibədə seçkiləri və sülh danışıqlarını şərh edir

Sual: Azərbaycanda prezident seçkiləri sürətlə yaxınlaşır. Siz seçkiqabağı mühiti necə səciyyələndirərdiniz? Sizcə seçkilərin azad və ədalətli olmaq şansı varmı?

Hesab edirəm ki, regiondakı bir sıra ölkələrdə əsas məsələ ictimai narazılıqdır. Oyun meydançası ədalətli deyil. Hakimiyyətdəkilər adətən udurlar.
Thomas de Vaal: Əgər müşahidəçilərin hesabatlarına istinad etsək, onda deyə bilərik ki, Azərbaycanda azad və ədalətli seçki ənənəsi yoxdur. Hamı qalibin hazırkı prezident İlham Əliyev olacağını gözləyir. Bir neçə həftə bundan öncəyədək Rüstəm İbrahimbəyovun mümkün namizədliyi seçki prosesini maraqlı etmişdi, amma indi belə görünür ki, onun Rusiya vətəndaşlığı ilə bağlı problem həll olunmayıb. O, güclü müxalifət namizədi ola bilərdi. Hesab edirəm ki, regiondakı bir sıra ölkələrdə əsas məsələ ictimai narazılıqdır. Oyun meydançası ədalətli deyil. Hakimiyyətdəkilər adətən udurlar. Müxalifət özünə kanal, səs tapmalıdır. Bu, Gürcüstanda baş verdi. Biz oxşar təlatümləri Rusiya və Türkiyədə də görürük. Etiraz dalğası qalxır və yatır. Zənnimcə, Azərbaycan hökuməti ictimai narazılıqla üz-üzə qalmaqda davam edəcək, amma bu seçkilərdən yalnız bir nəticə gözləmək olar – İlham Əliyevin qələbəsi.

Sual: Dağlıq Qarabağ sülh danışıqlarında sakitlik hökm sürür. ABŞ bu yaxınlarda səfir Ceymz Varliki ATƏT Minsk Qrupunun amerikalı həmsədri təyin edib. Bu danışıqların statusu haqda nə deyərdiniz?

Tomas de Vaal: Fikrimcə, sülh danışıqları dalana dirənib. Minsk Qrupunda hamı nə edəcəyini düşünür. Praqa Prosesi, Madrid Prinsipləri hələ də masa üzərindədir, lakin Kazan görüşündən bəri son iki il ərzində qətiyyən proqres yoxdur. Yeni elçi özü ilə yeni enerji gətirir. Amma eyni problemlər qalır. Xüsusilə Azərbaycan tərəfi sonluğa tələsmir. Azərbaycan inanır ki, o güclənir, Ermənistan isə zəifləyir, hərçənd ki, mən bununla tam razılaşmazdım. Hazırda hansısa sülh planına razılıq vermək prezident üçün başağrı yaradardı. Ona görə də status kvo hər kəsi qane edir. Amma hər iki tərəfdə güclü aqressiya hissləri var. Mən bu yaxınlarda Ermənistanda idim və bunu müşahidə etdim - həm Azərbaycanda həm də Ermənistanda. Bu isə çox təhlükəlidir, çünki nə vaxtsa sözlər əmələ çevrilə bilər və bəyanatlar hərbi münaqişəyə gətirib çıxara bilər.

Sual: Azərbaycan hökuməti bu yaxınlarda 335 xarici vətəndaşın Dağlıq Qarabağa səfər etdiklərinə görə Azərbaycana gəlişinə qadağa qoyub. Sizin adınız bu siyahıda deyil. Bunu necə şərh edərdiniz?

Hər dəfə mən Qarabağa getməzdən öncə Azərbaycan hökumətini bu barədə məlumatlandırıram. Zənnimcə, bu, Bakıdakı rəsmilərə nəzakətli jestdir. Həmin o siyahya düşən adamların taktiki səhvi o olub ki, onlar mənim etdiyimi etməyiblər.
Tomas de Vaal: Ümumiyyətlə mən qara siyahıların əleyhinəyəm, ələlxüsus da alimlərə və yazıçılara qarşı. Onlar sərbəst səyahət edə bilməli və suallar qaldıra bilməlidirlər. Qarabağ kimi yerə alimlərin getməsi və məlumat gətirməsi həm dünyaya həm də Azərbaycana orada nə baş verdiyini anladır. Odur ki, mən bu qara siyahını dəstəkləmirəm. Mən özüm Qarabağda bir neçə dəfə olmuşam. Oraya getməmiş bu region haqda kitab yazmaq mümkün detil. Hər dəfə mən Qarabağa getməzdən öncə Azərbaycan hökumətini bu barədə məlumatlandırıram. Zənnimcə, bu, Bakıdakı rəsmilərə nəzakətli jestdir. Həmin o siyahya düşən adamların taktiki səhvi o olub ki, onlar mənim etdiyimi etməyiblər.

Sual: Misirdə və Suriyada, bütövlükdə ərəb dünyasnda baş verən təlatümlər belə bir təsəsvvür yaradıb ki, Qafqaz kimi regionlar ABŞ siyasətçilərinin nəzərindən qaçır. Bu səciyyənləndirmə ilə razılaşardınızmı?

Tomas de Vaal: Xeyr, elə də yox. Mən Qafqaz paytatxtlarına – Tbilisiyə, Bakıya və Yerevana gedirəm. Orada ABŞ-ın mövcudluğu güclüdür. Nəhəng səfirliklər var, yüzlərlə adam fəaliyyət göstərir. Əsas iş burada görülür. Əgər Qafqaz Prezident Obamanın masasına çıxırsa, adətən bu, pis səbəblər üzündən olur - deyək ki, Gürcüstanla Rusiya arasında, yaxud Azərbaycanla Ermənistan arasında problemlər. Əgər Qafqaz prezidentin gündəminə çıxırsa, bu, yaxşı xəbər deyil. Hesab etmirəm ki, ABŞ regiona diqqət yetirmir. Kifayət qədər adam var ki, regiona diqqət yetirir və əgər böhran baş versə çox sayda adamlar öz tövsiyələrini verəcəklər.

Sual: Siz bu yaxınlarda Ermənistanda olmusunuz. Azərbaycan auditoriyası üçün maraqlı ola biləcək təəssüratlarınızı paylaşmaq istərdinizmi?

Yerevan yaşamaq üçün çox səfalı yedir. Burada nəqliyyat, infrastruktur, restoranlar, iş var. Amma Yerevandan kənarda hər şey pisdir
Tomas de Vaal: Əvvəla onu deyim ki, Gürcüstanda və Azərbayanda olduğu kimi Ermənistanda paytaxtla əyalətlər arasında böyük uçurum mövcuddur. Yerevan yaşamaq üçün çox səfalı yedir. Burada nəqliyyat, infrastruktur, restoranlar, iş var. Amma Yerevandan kənarda hər şey pisdir. Başqa təəssüratım odur ki, Ermənistan siyasi baxımdan Ukraynanın kiçik variantıdır. Həm Avropa İttifaqı həm də Rusiya Ermənistana assosiasiya sazişi yaxud gömrük ittifaqına girmək üçün təzyiq qoyurlar. Ermənistan isə seçim etmək istəmir, çünki bilir ki, təhlükəsizlik müttəfiqi Rusiyadır, amma iqtisadi gələcəyi Avropa ilə bağlıdır. Moskva və Brüssel Ermənistanı seçim etməyə sıxır. Həmçinin ermənilər arasında Rusiya ilə bağlı böyük narazılıq var. Rusiyanın Azərbaycanla silah sazişi, Vladimir Putinin Azərbaycana səfəri ermənilərdə belə bir hiss oyadıb ki, ruslar Ermənistanla oyun oynayır.

Sual: Yaxın gələcəkdə Azərbaycana səfər etməyi planlaşdırırsınızmı?

Tomas de Vaal: Bəli, Azərbaycana getmək istəyirəm. Qərara almışam ki, seçkilərdən sonrayadək gözləyim. Qara Bağ kitabımın yeni variantı çapdan çıxıb, və istəyirəm ki, Bakıda bununla bağlı tədbir keçirim. Habelə seçkilərdən sonra Bakıda siyasi temperaturu ölçmək, və Qarabağ danışıqlarında yeni idelayarın meydana çıxıb-çıxmadığını yoxlamaq yaxşı olardı.
XS
SM
MD
LG