Accessibility links

Müsavat Partiyası iqtidarı repressiyalara son qoymağa çağırır


Müsavat Partiyası 100 illik yubileyini qeyd edir

Müsavat Partiyası 100 illik yubileyini qeyd edir

Partiya siyasi qurumlara, fəallara və vəkillərə qaşı təzyiqlərlə bağlı bəyanat yayıb

Müxalifətdə olan Müsavat Partiyası rəsmi Bakının siyasi qurum və fəallara qarşı təzyiqlərinə etiraz olaraq bəyanatla çıxış edib.

Sənəddə prezident seçkiləri kampaniyası dövründə siyasi məhbuslara, siyasi fəllara, gənclərə, müstəqil vəkillərə, ictimai-siyasi qurumlara rəsmi Bakının təzyiqlərinin davam etdiyi nəzərə çatdırılır.

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun, başqanın müşaviri Yadigar Sadıqlının, prezidentliyə namizəd İlqar Məmmədovun həbsi və onlara qarşı ittihamlar əsassız və uydurmadır”, sənəddə qeyd edilir.

Müsavat Partiyası hesab edir ki, bu şəxslər hər hansı cinayəti törətməyiblər, sadəcə, siyasi fəallıqlarına görə rəsmi Bakının girovlarına çevriliblər.

Tanınmış vəkil Aslan İsmayılovun vəkillik statusunun məhkəmə tərəfindən ləğvinə də münasibət bildirilib.

“A.İsmayılov siyasi motivlərlə həbs edilənləri müdafiə etdiyinə görə siyasi sifarişlə vəkillikdən uzaqlaşdırılıb”.

Müsavat Partiyası siyasi məhbuslara, müstəqil vəkillərə və gənclərə qarşı həyata keçirilən bu hərəkətləri seçki kampaniyası dövründə siyasi repressiyaların davamı kimi dəyərləndirir.

“Bununla rəsmi Bakının demokratiya uğrunda mübarizə aparan insanların mübarizə əzmini qırmaq cəhdi önə çəkilir. Amma iqtidarın bu səyləri nəticə verməyəcək. İqtidarı seçki kampaniyası dövründə repressiyalara son qoyulmağa, bu halları törədənlərin qanunla cəzalandırılmasına çağırırıq”, sənəddə qeyd edilir.

Öz növbəsində, rəsmi hakimiyyət bir qayda olaraq ölkədə siyasi yönümünə və fikirlərinə görə insanların ittiham edilmədiyini bildirir.
XS
SM
MD
LG