Accessibility links

Müsavat Partiyası bələdiyyə seçkilərinin nəticələrini tanımır


Müsavat Partiyasında mətbuat konfransı (Foto musavat.com saytından götürülüb)

Müsavat Partiyasında mətbuat konfransı (Foto musavat.com saytından götürülüb)

Dekabrın 24-də Müsavat Partiyası bələdiyyə seçkilərinin nəticələrinə dair mətbuat konfransı keçirib.

Partiya sədrinin müavini Gülağa Aslanlı 23 dekabr - bələdiyyə seçkilərini “seçki oyunu” və “seçicilərsiz seçkir” kimi adlandırıb. 8 seçki məntəqəsində olduğunu deyən G.Aslanlı bu məntəqələrdə bir nəfər belə seçiciyə rast gəlmədiyini bildirib.

Müsavat Partiyasının başqanının digər müavini Elman Fəttah bələdiyyə seçkilərinin nəticələrinə dair partiyanın ilkin rəy-hesabatını açqılayıb. “Müsavat Partiyası seçkilərdə iştirak etməyib. Buna səbəb ölkədə demokratik seçki mühitinin olmaması, seçki komissiyalarının hakimiyyətin total nəzarətində olması, xalqın seçkilərə maraqlı olmaması səbəb olub”, o q eyd edib.

Buna baxmayaraq, müsvata Partiyası seçkilərdəmüşahidə aparıb. “300 seçki məntəqəsində müşahidələr aparmışıq. Səsvermə günü məntəqələrdə müşahidəçilərin olmaması, “karusel” əməliyyatına yol verilməsi, bülletenlərin topa şəklində qutulara atılması, qutuların əvvəlcədən bülletenlərlə doldurulması, arzuolunmaz namizədlərin səslərinin sayılmaması kimi halları müşahidə etmilik”.

Seçiyə qədərki proseslərdə də pozuntular olub. Belə ki, Müsavat Partiyasın üzvləri asərbəst şəkildə namizədliyini irəli sürüb, lakin qanunsuz olaraq onların namizədliyi qeydə alınmayıb.

“Hakim Yeni Azərbaycan Partiyasından isə 15 min nəfərə yaxın namizəd qeydə alınıb. Bu fakt “birpartiyalı seçki” nin göstəricisisdir”.

Bundan əlavə, o bələdiyyə üzvlərinin icra hakimiyyətlərinin siyahısı əsasında “seçiləcəklərinin” hələ seçkiyə qədər bəlli məsələ olmasına işarə edib.

E.Fəttah inanılmaz olsa da əhali arasında şəhər, rayon, kənd bələdiyyələri üzvü olmaq istəyənlərdən yüksək məbləğdə rüşvətin yığılması barədə iddiaların odluğunu nəzərə çatdırıb.

“Müsavat Partiyası bələdiyyə seçkilərinin kütləvi saxtakarlıq şəraitində keçdiyini bidirərək bu seçkilərin nəticələrini tanımadığını bəyan edir”, - E.Fəttah qeyd edib.

Öz növbəsində Mərkəzi Seçki Komissiyası və hakim Yeni Azərbaycan Partiyası seçkilərin demokratik və azad keçirildiyini bəyan edib. Mərkəzi Seçki Komissiyası seçkilərdə qanun pozuntusu ilə bağlı şikayətlər edilmədiyini bildirib.

Bununla yanaşı mediada seçkilər zamanı "karusel" əməliyyatı və bir seçicinin bir neçə bülleteni seçki qutusuna atması ilə bağlı video kadrlar yayılıb.

XS
SM
MD
LG