Accessibility links

Müsavat Partiyası son döyüşlər barədə xalqa məlumat verilməsini tələb edir


Musavat Partiyasi
Musavat Partiyasi

“Azərbaycanda mövcud olan qeyri-demokratik rejimin, siyasi motivli həbslərin Qarabağ ətrafındakı informasiya savaşımıza mənfi təsirini qeyd edən Müsavat Partiyası siyasi məhbusların dərhal azad olunmasını, köklü demokratik siyasi və iqtisadi islahatların həyata keçirilməsini hakimiyyətdən tələb edir”. Bu barədə Müsavat Partiyasının 2-5 aprel hərbi əməliyyatlarının nəticələrinin araşdırılmasına dair müraciətində deyilir.

Sənəddə bu il aprelin 2-də başlayan hərbi əməliyyatları partiyanın anlayışla qarşıladığı bildirilir.

“Müsavat Partiyası hərbçilərimizin göstərdikləri şücaət və vətənpərvərlikdən məmnunluq və qürur hissini ifadə etməklə, Azərbaycan Ordusuna mümkün ola biləcək hər cür dəstəyə hazır olduğunu bildirib”.

Müraciətdə bununla yanaşı hakimiyyət strukturlarının hərbi əməliyyatların başlanılması və dayandırılmasının səbəbləri, gedişi haqqında ictimaiyyətə məlumat verməməsini pisləyir, bunu normal idarəçilik forması olan “hökumətin hesabatlılığı” prinsipinə zidd hesab edir.

“Müsavat Partiyası 3 gün davam edən hərbi əməliyyatlarda 100-dək hərbçimizin həlak olmasını xüsusi həyəcanla qeyd edərək, bu itkilərin nə qədər əsaslı olması, hərbi əməliyyatların Ali Hərbi Komandanlıq tərəfindən nə qədər peşəkarlıqla hazırlanması haqqında ictimaiyyətdə heç bir məlumatın olmamasını vurğulayaraq, son hadisələrlə bağlı ictimai nəzarət prinsipi əsasında araşdırmaların aparılmasını, nəticələr barədə xalqa məlumat verilməsini tələb edir”.

Partiya döyüşlərdə həlak olanların ailələrinə, Qarabağ əlillərinə və veteranlarına verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılmasını, imtiyazların genişləndirilməsini, həlak olanların ailə üzvlərinin hərbi xidmət zamanı ön xəttə göndərilməməsini, təxirəsalınmaz ehtiyacı olanlardan başlayaraq bütün şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasını hakimiyyətdən tələb edir.

Xatırladaq ki, aprelin 2-dən 5-dək Dağlıq Qarabağda cəbhə xəttində qanlı toqquşmalar nəticəsində tərəflər onlarla itki verib. Aprelin 5-də Rusiya prezidentinin müraciəti ilə hərbi əməliyyatlar dayandırılıb.

Rəsmi hakimiyyət hələ Müsavat Partiasının müraciətinə münasibət bildirməyib. Bununla yanaşı, Azərbaycan hakimiyyəti cəbhədə baş verənlərlə bağlı xalqa məlumat verildiyini bildirib. Müdafiə Nazirliyi mütəmadi olaraq döyüşlər və itkilər barədə məlumatlar yayıb, dövlət başçısı dəfələrlə cəbhə xəttindəki gərgin durumla bağlı münasibət bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG