Accessibility links

Müsavat Partiyası etiraz aksiyası ilə bağlı məsələni müzakirə edəcək


Müsavat Partiyası Mərkəzi Seçki Komissiyasının (MSK) Müsavat Partiyasının Təşviqat Qrupunun qeydə alınmaması barədə 27 avqust qərarından şikayət verəcək.

Müsavat Partiyası icra aparatının rəhbəri Gülağa Aslanlı Amerikanın Səsinə bildirib ki, bu gün Mərkəzi Seçki Komisssiyasının qərarı Müsavat Partiyasına təqdim ediləcək və avqustun 30-da partiya Bakı Apellyasiya Məhkəməsinə şikayət edəcək.

Onun sözlərinə görə, MSK qərarında Müsavat Partiyasının topladığı seçici imzalarının 3600-nin bir-birinə uyğun olduğu və ya şəxsiyyət vəsiqələrinin nömrələrinin yazılışında problemlər olduğunu bildirib.

“MSK-nin qərarı tam siyasidir. Belə ki, Müsavat Partiyası 41 128 imza toplayaraq avqustun 22-də MSK-ya təqdim edib. MSK-dan dəfələrlə imzalarla bağlı problemin olub-olmasını sual etmişik. Bizə hər hansı problemin olması barədə məlumat verilməyib. MSK-a iclas təyin etməzdən 24 saat öncə imzaları yoxlayan işçi qrupunun protokolunu bizə təqdim etməlidir. Bu da olmayıb. Birdən, avqustun 27-nə iclas təyin ediblər və Müsavatın təşviqat qrupunun qeydə alınmaması barədə qərar qəbul ediblər”, o fikrini əsaslandırıb.

G.Aslanlı Müsavat Partiyasının etiraz aksiyaları keçirilməsi ilə bağlı məsələni də müzakirə edəcəyini bildirib.

“Bu gün keçiriləcək divanda (partiyanın məclislərarası dövrdə qərar verən yüksək qurumu) etiraz aksiyası məsələsi müzakirə ediləcək”, o qeyd edib.

XS
SM
MD
LG