Accessibility links

Müsavat Partiyası “Respublika” təşəbbüs qrupu yaradıb


"Respublika" təşəbbüs qrupu

"Respublika" təşəbbüs qrupu

Avqustun 2-də Müsavat Partiyası Məclisinin növbədənkənar toplantısında referendumla bağlı təşəbbüs qrupunun yaradılması haqqında qərar qəbul edilib.

Eyni zamanda “Respublika” təşəbbüs qrupunun təsis yığıncağı keçirilib. Müsavatın seçki qərargahının sədri Gülağa Aslanlı 40-dan artıq rayonda ilkin təşəbbüs qruplarının yaradıldığı və 200-dən artıq nümayəndənin seçildiyini, onların bu toplantıda iştirak etdiyini bildirib.

Müsavat Partiyasının başqanı Arif Hacılı

Müsavat Partiyasının başqanı Arif Hacılı

Müsavat başqanı Arif Hacılı referendumla bağlı digər partiya və təşkilatlarla aparılan danışıqlar haqqında məlumat verib.

“Respublika” təşəbbüs qrupuna Müsavat, D18 Gənclər hərəkatı, bitərəflər və digər təşkilatların nümayəndələri də daxil olacaq. Arif Hacılı qeyd qeyd edib ki, “Respublika” təşəbbüs qrupu Konstitusiyaya mürtəce dəyişikliklərin edilməsinə qarşı mübarizə aparacaq.

Müsvat Partiasında yığıncaq

Müsvat Partiasında yığıncaq

Toplantıda D18 Gənclər Hərəkatının sədri Ruslan İzzətli çıxış edərək Azərbaycanda monarxiyanın bərqərar olmasına qarşı mübarizədə gənclərin öndə olacağını bildirib.

Toplantıda həmçinin Seçki Məcəlləsinin tələblərindən irəli gələn prosedur məsələlər həll olunub.

XS
SM
MD
LG