Accessibility links

Müsəlman amerikalılar prezident seçkilərində fəal iştirak etməyə çalışır


Müsəlman amerikalılar adətən respublikaçı elektorat kimi qəbul edilirdi. Lakin müsəlmanların hazırda daha çox demokratlara meyl göstərdiyi müşahidə edilir. Noyabr ayında ABŞ prezident seçkilərində çox sayda müsəlman amerikalının demokrat namizəd Hillari Klintona səs verəcəyi gözlənilir.

Paytaxt Vaşinqton ətrafındakı məscid Demokrat partiyasının qərargahına yaxın deyil. Virciniya ştatının Falls Çörç şəhərciyindəki Dər Əl Hicrə məscidinə gələnlərin böyük əksəriyyəti bir zamanlar respublikaçılara səs verirdi.

İndi isə onların çoxu Ağ Ev uğrunda mübarizədə respublikaçı rəqibin qələbəsinə imkan verməmək üçün demokrat namizəd Hillari Klintona səs verəcəklərini deyirlər.

Əzmi Rəhman: “Biz demək olar hamımız eyni fikirdəyik. Bizim haqda belə bir təbliğatın yayıldığı halda, biz sadəcə bir yerdə dura bilmərik.”

Dər Əl Hicrənin xarici əlaqələr üzrə nümayəndəsi Faizə Din bir milyon müsəlmanın qeydiyyatdan keçməsi üçün başlayan kampaniyanın bir hissəsi ola qadın seçicilərin qeydə alınması üçün gənclərdən ibarət qrupa başçılq edir.

Onun planı sadədir.

Faizə Din:”Bu, olduqca mühüm bir ildir. Klinton var. Bir də bu qəribə Tramp. Bu, çox mühümdür. Biz səs verməsək, Tramp qələbə çala bilər.”

Əslən qayanalı Faizə Din kimi müsəlman amerikalıların çoxunu mühacirlər təşkil edir. Rəy sorğuları göstərir ki, müsəlman amerikalıların 3,5 milyonluq icması demokratlara meyllidir və mütərəqqi fikirlərə malikdir.

2000-ci ildə müsəlman amerikalıların əksəriyyəti seçki zamanı Corc Buşa dəstək göstərmişdi. Lakin son üç seçkilərdə müsəlmanlar demokrat namizədə səs verib.

Corctaiun universitetinin professoru Con Espozito 2000-ci il seçkilərinin istisna olduğunu deyir.

“Tarixən, Demokrat partiyası xalqın partiyası, hamıya aid partiya hesab edilib. Respublikaçılar partiyası isə çoxları tərəfindən esteblişmentin, imtiyazlılıarın partiyası kimi qəbul edilir.”

Demokrat partiyasına meyllər respublikaçı Donadl Trampın anti-müsəlman hesab edilən ritorikası ilə əlaqədar daha da dərinləşib.

Müsəlman amerikalıların səsləri çox olmasa da, Florida, Ohayo, Virciniya, Miçiqan və Pensilvaniyadakı böyük müsəlman icmaları mühüm rol oynaya bilər.

Faiza Din:”Həlledici ştatlarda müsəlmanlar fərq yarada bilər. Bu bir faiz namizədlər arasında fərqin kiçik olduğu həlledici ştatlarda xüsusilə böyük əhəmiyyətə malik ola bilər.”

Lakin ekspertlər bildirir ki, gələcək perspektivdə müsəlman amerikalıların icması sosio-iqtisadi baxımdan genişləndikcə onların siyasi meylləri də daha fərqli olacaq. Corctaun universitetinin professoru Espozitonun fikrincə, bu, demokrat və icmaların özü üçün yaxşı haldır.

XS
SM
MD
LG