Accessibility links

Müsəlman amerikalılar gənclərin radikallaşmasının qarşısını almağa çalışır


Virciniya ştatında Dər Əl-Hicrə İslam Mərkəzi

Virciniya ştatında Dər Əl-Hicrə İslam Mərkəzi

Virciniya ştatının məscidində müsəlmanlar müqəddəs Ramazan ayı orucdan sonra iftar açan zaman söhbətlərin əsas hissəsi bu günlər Orlandoda müsəlman amerikalı tərəfindən törədilmiş kütləvi qətliamla əlaqədar olur.

Bir ay ərzində ibadət edib oruc tutan müsəlman ailələr gənclərin ekstremizmə cəlb olunması və onların internetdə və sosial mediada ekstremist ideyalara üz tutmasının qarşısının alınması haqda danışır.

“Bizim burada gənlər üçün çox aktiv şöbəmiz var. Biz gənclərin burada gəlib fəallıq göstərməsinə çalışırı”-deyə Vaşinqton yaxınlığındakı Dər Əl-Hicra İslam Mərkəzinin nümayəndəsi Faizə Din bildirir.

“Mənim gənclərə mesajım odur ki, amerikalı müsəlman olmağınızla qürur duyun. Müsəlman və amerikalı olmaq arasında heç bir ziddiyyət yoxdur.”-Amerika-İslam Əlaqələri Şurasının direktoru Nihad Avad

Mərkəzin gənclər şöbəsi onların sosial həyatı və intellektual inkişafının artırılmasına yönəlmiş müxtəlif proqramlar təklif edir. Gənclərin eyni zamanda, kilsələr və sinaqoqalar kimi başqa dinlərə aid mərkəzlərlə əlaqə saxlamaq imkanı var.

“Dər Əl-Hicra gənclərlə iş aparılmasında böyük rola malikdir”-deyə Faizə Din bildirib.

O deyir ki, o, uşaqlara ən çox təsiri olan analarla da iş aparır.

“Mən analarla apardığım söhbətlər zamanı hiss edirəm ki, onlar uşaqların təhsil almasında nə qədər mühüm rol oynayır”-deyə o bildirib.

Dər Əl-Hicra yaxınlığındakı məsciddə dua edənlər Amerikanın Səsi ilə söhbətdə gənclərin daha həssas qrupu ilə işləməyin vacib olduğunu deyirlər.

“Orlandodakı kimi ağır hadisələr baş verəndə valideynlərin uşaqlara bunun İslama aid olmadığını deməsi mühümdür.” Bu sözləri Virciniya ştatında Sprinqfildə Mədinə İslam Mərkəzində könüllü kimi çalışan Xayber Kakar deyir.

“Quran və İslama görə müsəlmanlar və qeyri-müsəlmanların həyatının dəyərli olduğunu gənclərə başa salmaqda məscid və İslam mərkəzinin böyük rolu var”-deyə o bildirib.

Nyu York məscidində ibadət

Nyu York məscidində ibadət

Mədinə Mərkəzinin imamı deyir ki, proqramların çoxu gənclər üçün nəzərdə tutulub. O daha çox gəncin cəlb edilməsi üçün mərkəzdə xüsusi şöbənin yaradılmasının planlaşdırıldığını bildirib.

Mərkəzin imamı Camal Kakar: “Burada həftə sonu dərslər keçirilir, eləcə də gəncləri cəlb etmək üçün ayda bir həftə toplantılar olur.”

“Biz onların icmaya töhfə verə bilməsi məsələsinə diqqət veririk və onların ekstremist təbliğatın qurbanı olmamasına kömək etməyə çalışırıq”-deyə o bildirib.

Müsəlman liderlər Amerikanı müsəlmanlar əleyhinə göstərməyə çalışan islamçı ekstremizmin mesajına müqavimət göstərməyə çalışır.

"Amerika düşüncə azadlığı və din azadlığını təmin edir. Bu həm də İslamda öz əksini tapır.”-Amerika-İslam Əlaqələri Şurasının direktoru Nihad Avad

“Mənim gənclərə mesajım odur ki, amerikalı müsəlman olmağınızla qürur duyun. Müsəlman və amerikalı olmaq arasında heç bir ziddiyyət yoxdur.” Bunu ABŞ-da Amerika-İslam Əlaqələri Şurasının direktoru Nihad Avad Amerikanın Səsinə bildirib.

“Belə şeyləri eşidəndə müsəlman olmaq bir az çətindir, amma bu, müsəlman olmaq üçün həm də ən yaxşı vaxtdır. Amerika düşüncə azadlığı və din azadlığını təmin edir. Bu həm də İslamda öz əksini tapır”-deyə Avad bildirib.

XS
SM
MD
LG