Accessibility links

İki fəal yoxa çıxıb


Rövşən Məmmədli
Rövşən Məmmədli

“Müsəlman Birliyi” Hərəkatının sədri, hazırda həbsdə olan Taleh Bağırzadənin iki tərəfdarı yanvarın 23-dən yoxa çıxıb. Bunlar Rövşən Məmmədli və Əhsən adlı gənclərdir.

Bu barədə Facebook sosial şəbəkəsində Nardarandan olan məhbusların yaxınları yazıb.

Müşahidəçilər deyi ki, hər iki gənc “Nardaran işi” üzrə məhkəmə proseslərini izləməyə mütəmadi gələnlər arasındadır. Onlardan Rövşən Məmmədli Facebook səhifəsində tənqidi məqalə və şəhrlərini dərc edib.

Gənclərin harada olması, harada saxlanılması və saxlanmasını kimlərin həyata keçirdiyi barədə məlumat yoxdur. Rəsmi orqanlar da gənc fəalların yoxa çıxması barədə məlumat yaymayıb.

XS
SM
MD
LG