Accessibility links

İslam Dövlətinə qoşulan xaricilər təkcə vuruşmaq üçün gəlmir [Video]


Müsəlman icmaları və ekstremizm
please wait

No media source currently available

0:00 0:03:15 0:00

Sosial media, təmir və tibb üzrə ekspertlər İŞİD sıralarında yer alır.

Dünya ölkələri İraq və Suriyaya xarici döyüşçü axının qarşısını almağa çalışsalar da, qeyri-hökümət təşkilatları silaha sarılmaq niyyətində olmayan insanların da regiona artan axınından narahatdırlar.

Kəşfiyyat rəsmilərinin fikrincə tərəfdar ola biləcək insanları cihada dəvət edən məharətli videolar İslam Dövlətini ən güclü media qabiliyyətli terror təşkilatı edib.

Bizim terrorist qruplarını maskalı və silahlı şəxslərlə əlaqələndirdiyimiz vaxt artıq keçib

Lakin videolar İslam Dövləti emmisarlarının arxasında gizləndiyi yeganə vasitə deyil.

“Bizim terrorist qruplarını maskalı və silahlı şəxslərlə əlaqələndirdiyimiz vaxt artıq keçib.”

"Search for Common Ground," yəni Ortaq Zəmin Axtarışı təşkilatının Qırğızıstan üzrə rəhbəri Kənəşbək Saynazarov emmisarların hər yerdə gözlərinin olduğunu deyir.

“Onlar fərqli taktikalardan istifadə edirlər. Bunlara insanın həyat yolunu müşahidə etmək və o insanın cəmiyyətinə olan münasibətini araşdırmaq daxildir.

Saynazarov bildirir ki, potensial üzvlərin bu yolla yetişdirilməsi əsasən də 25 yaşına qədər ailə həyatı qurmayan qadınlarla asan olur, çünki onlar qırğız cəmiyyəti tərəfindən təcrid olunurlar. Və bu daha çox tibb sahəsində işləyən qadınlara qarşı olunur.

İslam Dövləti isə onlara fərqli bir çıxış yolu təklif edir.

“Öz cəmiyyətindən uzaqlaşaraq təcrid olunmayacağı cəmiyyətə qoşulmaq imkanı”

İslam Dövləti həmçinin sosial mediada tərəfadarlarından yardımçı toplayır. ABŞ səfiri Robert Bradtke isə bu yardımçıların hərəsinin bir iş gördüyünü deyir.

“Onların sosial media, avadanlıqların saxlanması, təmir və ya tibbi bacarıqları ola bilər ki, İslam Dövləti bunlardan istifadə etmək istəyər.”

İslam Dövlətinin sıralarına qoşulan qeyri-döyüşçülərin sayı bəlli deyil. Lakin ABŞ kəşfiyyat rəsmiləri onların yarısının artıq İslam Dövlətinə qoşulmaq məqsədilə İraq və Suriyaya yola düşdüklərini deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG