Accessibility links

Müsəlman amerikalılar namizədlərin seçki kampaniyasını narahatlıqla izləyir [Video]


Saif Mazhar Müsəlman İcma Mərkəzində işləyir. İllinoys ştatının ən böyük məscidi burada yerləşir.

O, mühacir deyil, burada anadan olub və boya-başa çatıb. Lakin o həmişə cəmiyyət tırıfindən qəbul edildiyini hiss etməyib.

Saif Mazhar: “Misal üçün mən dükana və ya restoranta gedendə, başımı aşağı salıram ki, insanlar mənə terrorçu kimi baxmasınlar və ya “o, terrorçuya oxşayır” deməsinlər.”

İmam Kamal Mufti bununla razılaşır. Pioria şəhərində yerləşən İslam Cəmiyyətinin üzvləri də eyni şeyi deyir. Hətta uşaqlar məktəbdə bununla qarşılaşır.

Kamal Mufti: “Bütün müsəlmanlar terrorçudur" kimi sözlər deyilir. Və ya müsəlmanlar 11sentyabr hadisələrini bayram edib. Müsəlmanlar nəyisə partladacaq.”

Çikaqo sakini Con Arena müsəlman olmayanların da bunu hiss etdiyini deyir.

Con Arena: “Ölkədə din və irq haqda müzakirələr gedir. Mənim həyatımda siyasəti izlədiyim dövrdə bu qədər parçalanmanın şahidi olmamışam.”

Bu il seçki mövsümü mübahisəli çıxışlar çoxdur. Bunlar arasında respublikaçı namizəd Donald Trampın müsəlmanların ABŞ-a gəlməsinə qadağa qoyulması ilə bağlı çağrışları xüsusi qeyd edilir. Tramp hətta bəzi məscidləri bağlamaq haqda düşündüyünü deyib.

Kamil Mufti: “O deyir ki, məscidlər açıqdırsa və müsəlmanların gizlədəcəyi heç nə yoxdursa, nəyə görə onları açmırlar. Bu, doğru deyil. O, faktları təhrif edir. Düşünürəm ki, bu mesaj göndərməyin ən hay-küylü yoludur.”

Nifrətdən gizlənmək əvəzinə Mufti təşkilatın qapılarını hamının üzünə açaraq, “İslamı tanı, Sülhü tanı” adlı dinlərarası tədbir təşkil edib.

Tədbir qeyri-müsəlmanların böyük marağına səbəb olduğu üçün təşkilatçılar qatıla bilməyənlər üçün tədbirdə canlı yayım təşkil edib.

Kamil Mufti: “Məscidlər insanları xoş qarşılamayan və ya bağlı yerlər deyil. Onlar hər kəsin üzünə açıqdır. Müsəlmanlar burada ibadət edir, səmərəli vaxt keçirir və əylənir.”

Saif Mazhar deyir ki, Çikaqoda yerləşən Müsəlman İcma Mərkəzi həmçinin məscid olaraq hamının üzünə açıqdır. O ümid edir ki, icmanı ziyarət edənlər buradan təkcə dini anlayaraq ayrılmayacaq.

Saif Mazhar: “Biz hamımız amerikalıyıq və Amerikanı sevirik. Amerikanın bir hissəsiyik.”

Özü də Amerikada artmaqda olan bir hissəsi. PEW Araşdırma Mərkəzinin təxminlərinə görə bu tendensiya belə davam etsə, 2050-ci ildə dünyada müsəlmanlarla xristiyanların sayı bərabər olacaq.

XS
SM
MD
LG