Accessibility links

Qafqaz Müsəlmanları İdarəsi İsrailin Suriyanı bombalamasını pisləyir


Qafqaz Müsəlmanları İdarəsi

Qafqaz Müsəlmanları İdarəsi

QMİ bombardmanı Suriyanın suverenliyinə qəsd kimi qiymətləndirir

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) İsrailin Suriya ərazisini bombalamasını pisləyən bəyanat yayıb.

QMİ bu bombardmanı Suriyanın suverenliyinə qəsd adlandırır. Suriyada məscidləri partladan qüvvələrin əməlləri “vandalizm aktı” kimi dəyərləndirilir və bu hallara etiraz ifadə olunur.

Sənəddə həmçinin Suriyada beynəxalq hüquqazidd hadisələrin cərəyan etməsindən narahatlıq ifadə edilir.

“Hər-hansı suveren dövlətin ərazisinin bombalanması silahlı müdaxilə və təcavüzdür. Din xadimləri olaraq, Suriya dövlətinin taleyinin Suriya xalqı tərəfindən həll olunmasını doğru sayırıq”, - deyə Qafqaz Müsəlmanları İdarəsi bəyan edib.

Suriyada müqəddəs məzarlıqlara qarşı vandalizm faktları, islam şəhidlərinin qəbirlərinin açılaraq təhqir olunması küfr və günah hesab edilir.

“Belə əməli törədənlər allah dərgahında öz layiqli cəzasını alacaq. Dinlər və məzhəblər arasında qarşıdurma yaradanlar bütün imanlı insanların qınaq hədəfinə çevriləcək. “Quran”ın yandırılması, müqəddəslərin qəbirlərinin təhqir olunması ekstremizm və terrorizmin təzahürləridir”, sənəddə qeyd edilir.

Bəyanatda bütün səmavi dinlərin ardıcıllarından müqəddəslik kəsb edən atributlara qarşılıqlı ehtiram nümayiş etdirmək tələb edilir
XS
SM
MD
LG