Accessibility links

Müsəlmanlar Trampı radikal çıxışlarda ittiham edir [Video]


Müsəlmanlar prezidentliyə Respublikaçı namizəd Donald Trampın mühacir müsəlmanlar və əsgər oğlunu itirmiş müsəlman ailəyə qarşı çıxışlarına qəzəbli reaksiya verir. Respublikaçı namizəd isə deyir ki, o, müsəlmanları tənqid etmir, sadəcə terror hadisələrinə görə narahatlığını ifadə edir. Lakin müsəlman amerikalılar onu siyası çıxışları ilə nifrət çıxışları arasında balansı pozmaqda ittiham edir.

Müsəlmanlar bir araya gəlir və sosial mediada çıxışlar edir.

Donald Tramp müvəqqəti olaraq müsəlman ölkələrdən gələn insanların Amerikaya girişinə qadağa qoyulmasına çağırır. Müsəlman amerikalılar Trampın çağırışını təhrikedici adlandırır.

Navid Merçant: “Ölkədə ab-hava elədir ki, elə bil insanları kinoteatra yığıblar, biri qışqırır və bu panikaya səbəb olur.”

Lakin Trampın kampaniyası müsəlman dəstəkçilərə işarə edir.

Sacid Tarar: “Amerikanın təhlükəsizliyi Donald Tramp üçün birinci prioritetdir. Amerikalı müsəlman olmaq isə mənim birinci prioritetimdir.”

Namizəd deyir ki, o terrorizm və onun təsirinə məruz qalmış ölkələri hədəf alır.

Lakin müsəlman tənqidçilər deyir ki, Tramp terrorçuluqla dini əqidəni bərabər tutur.

Hussam Aylouş: “Bu müsəlmanlara qarşı hisslər və ritorikanı adiləşdirir. Çünki insanlar tanınmış şəxslərin belə dediyini görəndə, fikirləşir ki, bunu demək adi şeydir."

Pakistandan 50 il əvvəl gəlmiş şəxs seçicilərə inanır.

Rafiq Ahmed: “Amerikalıların çoxu təhsilli insanlardır və ümid edirəm ki, onlar müsəlmanların bu ölkə üçün çox şey etdiklərini qəbul edəcəklər.”

Müsəlman amerikalı əsgərin atası Amerika konstitusyasına inandığını deyir.

Timar Əhməd: “Bütün dinlərdən, gəldiyiniz yerdən aslı olmayaraq siz Konstitutsiyaya, Birləşmiş Ştatların konstitusiyasına hörmət bəsləyirsizsə, biz bu ölkəyə aidik.”

Mart ayında keçirilmiş rəy sorğularına görə müsəlmanların 11 faizi Trampı dəstəkləyir. Bu yaxınlarda sorğu keçirilməsə də müsəlmanlar deyir ki, Trampı dəstəkləyənlərin sayı azalıb.

XS
SM
MD
LG