Accessibility links

Anti-İslam videosunun müəllifi zaminə buraxılmamaq şərtilə həbs edilib


Nakula Basseli Nakula 2010-cu ildə bank fırıldaqçılığına görə şərti həbs cəzasının qaydalarını pozduğu üçün həbs olunub

ABŞ federal hakimi müsəlman dünyasında ölümlə nəticələnən etirazlara səbəb olmuş anti-İslam videosunun rejissorunu həbsə məhkum edib.

Hakim Suzan Segal 2010-cu ildə bank fırıldaqçılığına görə şərti həbs cəzasının qaydalarını pozduğu üçün Nakula Basseli Nakulanın zaminə buraxılmamaq şərti ilə həbs edilməsi barədə hökm çıxarıb.

Segal bildirib ki, məhkəmə Nakoulanın ölkəni tərk etmək riskini nəzərə alaraq bu qərarı verib.

55 yaşlı Nakoulan şərti cəzaya nəzarət edən zabitləri aldatmaq və fərqli adlardan istifadə etmək də daxil olmaqla, səkkiz müxtəlif qayda pozuntularına görə həbs edib.

"Sam Basil" ləğəbi ilə “Müsəlmanların Məsumluğu” filmini çəkən rejissorun əsl adı Nakuladır. O, bu ayın əvvəlində qısa müddətə nəzarətə götürülərək şərti cəzaya nəzarət edən zabitlər tərəfindən sorğulanıb.

Məhəmməd Peyğəmbəri təhqir edən bu film çox sayda müsəlmanı hiddətləndirməklə yanaşı, Amerika əleyhinə etiraz dalğalarının başlanmasına və yeddi nəfərin öldürülməsi ilə nəticələnən ABŞ konsulluqları, məktəb və bizneslərinin yandırılmasına səbəb olub.
XS
SM
MD
LG