Misirdə Müsəlman Qardaşları hərbi idarəçilərin hakimiyyəti əldə cəmləşdirmək səylərinə qarşı müqavimət göstərəcəklərini bəyan ediblər. Bu arada hərbçilər dövlət çevrilişi barədə cəmiyyətdə qorxuları aradan qaldırmağa çalışırlar.

İslamçı Qardaşlar hərbi idarəçilərin xarici siyasət və konstitutsiyanı hazırlamaq sahələrində səlahiyyətlərin çoxunu hərbi şuraya və məhkəmələrə verən qərarına etiraz əlaməti olaraq kütləvi etiraz aksiyalarına çağırıblar.


6 Aprel Gənclər Hərəkatı və bir neçə həmkarlar ittifaqları da hərbçilərin hakimiyyəti qamarlamaq cəhdlərinə qarşı nümayişlərə səsləyibər. Son baş verən olaylar islamçıların prezident seçkilərindəki qələbəsindən sonraya təsadüf edir.