Accessibility links

İran rəsmisi: Musəvi və Kərrubinin işinə baxılır


Mirhüseyn Musəvi və Mehdi Kərrubinin gizli zindana aparıldığı bildirilir

Mirhüseyn Musəvi və Mehdi Kərrubinin gizli zindana aparıldığı bildirilir

Müxalifət liderləri 3 ildir ev dustaqlığı yaşayır

İran Məhkəmə Sistemi rəisinin müavini Məhəmmədcavad Laricani yanvarın 7-də jurnalistlərə açıqlamasında müxalifətin 3 ildir ev dustaqlığında saxlanan liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubidən danışıb.

“Media forum”saytının məlumatına görə, Məhəmmədcavad Laricani deyib ki, Musəvi və Kərrubinin işinə baxılması davam edir: “Hazırda Musəvi və Kərrubinin işinə baxılır. Lakin onların işinə baxılmasının uzadılması onların İran İslam Respublikasında müsbət keçmiş stajına görədir və işə baxılarkən bu məsələ də nəzərə alınacaq”.

Mirhüseyn Musəvi İranın baş naziri, Mehdi Kərrubi İran parlamentinin sədri olub.
XS
SM
MD
LG