Accessibility links

Pakistan məhkəməsi öz istəyi ilə sürgündən geri qayıdan və siyasi fəaliyyətini davam etdirməyi planlaşdıran sabiq prezident və baş komandan Pərviz Müşərrəfin ictimai idarələrdə görünməsinə qadağa qoyub.

Qadağa barədə qərar təxminən 4 il sürgündə olan cənab Müşərrəfin 11 may parlament seçkilərində iştirak etmək üçün vətənə dönməsindən bir neçə həftə sonra ölkənin şimal-qərbindəki Peşəvər şəhərində verilib.

Cənab Müşərrəf 2007-ci ildə hakimlərin həbsinə dair verdiyi qeyri-qanuni qərara görə aprel ayının 20-dən ev dustaqlığına məhkum edilib.

Pakistanın sabiq prezidenti eləcə də, 2007-ci ilin dekabr ayında qətlə yetirilən sabiq baş nazir Benəzir Bhuttonun təhlükəsizliyini yetərincə təmin etmədiyi üçün günahlandırılır.
XS
SM
MD
LG