Accessibility links

Müasir texnologiyanın musiqi sənayesinə təsiri [Video]


Müasir texnologiya və musiqi sənayesi
please wait

No media source currently available

0:00 0:03:06 0:00
İstər canlı konsertlərin lentə alınması, istərsə də İnternetdə rəqəmsal yükləmə, müasir texnologiya musiqi sənayesində böyük dəyişikliklər edib.

Suburban Skies qrupunun dediyinə görə, 21-ci əsrin texnologiyası sayəsində həm özünüzə nəzarət, həm də özünüzü təşviq edə bilərsiniz. Qrupun təsisçisi Nik Şervin:
“Sosial media gözəl şeydir. Öz yaradıcılığına nəzarət edə bilmək, öz səsyazmanı həyata keçirmək yaxşıdır.”

Nik Şervin İnternetin musiqiçilərin imkanlarını artırdığını deyir. O deyir ki, belə bir imkan müvəffəqiyyətin əsasını təşkil edir. “Ən əsas məzmundur. Daha sonra isə bunu həyata keçirmək üçün mahnı və video lazımdır. Mənim fikrimcə şou yaratmaq vacibdir ki, öz imicini və öz reputasiyanı yarada biləsən”.

Musiqi biznesinin gələcəyi ilə bağlı bu yaxınlarda keçirilən müzakirələrdə ekspertlər səhnələrə daha çox musiziçinin çıxdığını və Birləşmiş Ştatlarda CD satışlarının azaldığını bildirirlər. Creative Artists agentliyindən Rob Layt: “Hazırda sənətçilər canlı ifa ilə yaxşı gəlir götürürlər.”

Canlı musiqinin populyarlığının artması ilə yanaşı, elektron rəqs musiqisi də olmaqla, yenə də sosial medianın köməyi ilə musiqi festivalları da populyarlaşıb. “İnsomnia” şirkətindən Paskal Rotella: “Hər kəs öz yataq otağında belə bunu edə bilər. İnsanlar özünə onlayn pərəstişkarlar cəlb edə bilər. Heç kəsin yardımı olmadan İnternetə öz musiqini yükləyə bilərsən.”

Paskal Rotellanın şirkəti “İnsomnia” müxtəlif ölkələrdə electron rəqs festivalları təşkil edir. “Bu, rəngarənglikdir. Rəqqasları canlı görmək digər adi rok-şoulardan fərqlidir,” - deyə, pərəstişkar bildirir.

Pərəstişkarlar eləcə də, rəqəmsal musiqini online yayım sistemi vasitəsilə də əldə edə bilirlər. Lakin Təmiz Kanal Kommunikasiyaları adlanan radio imperiyasının lideri Bob Pitman insanların hələ də radioya qulaq asdıqlarını deyir.

BOB PITTMAN, SB
“Axının həddən artıq çox olduğu bir vaxt, radio dinləyicilərinin də sayı artıb. Siz rəy sorğularının nəticələrinə nəzər salsanız, “siz kolleksiyanız üçün aldığınız musiqiyə ilk dəfə harada qulaq asmışdınız?” sualının cavabında 70 faiz insan “FM radiosunda!” dediyinin şahidi olarsınız.”

Lakin Rob Layt radionun da getdikcə köhnələcəyini deyir. “Mən inanmıram ki, 12 yaşlı adamən 5-6 il sonra radio ilə çox elə bağlılığı olmayacaq. Onlar informasiyanı başqa mənbələrdən, başqa yerlərdən alacaqlar.

Nik Şervin elə də narahat deyil. O, sadəcə internetin köməyi ilə onun musiqisini sevənlərə çıxış əldə etməyə can atır.
XS
SM
MD
LG