Accessibility links

Musiqi afrikalı-amerikalılarla yəhudilər arasında körpü ola bilər (Audio)


Musiqi afrikalı-amerikalılarla yəhudilər arasında körpü ola bilər (Audio)

Musiqi afrikalı-amerikalılarla yəhudilər arasında körpü ola bilər (Audio)

Fevral ayı afrikalı-amerikalılarn tarixində əldə etdikləri nailiyyətlət və problemlərindən bəhs edən aydır. Tarix boyu qaradərililərlə yəhudilər arasında gərginlik olub. Buna baxmayaraq, son zamanlar münasibətlərdə yaxınlıq hiss olunmağa başlayıb. Bunu yeni musiqi tamaşasında hiss etmək olar.

Soul2Soul-la başlayan tamaşa Milli İdiş Folk-Bianun teatrında səhnəyə qoyulub. Bu şouda afrikalı-amerikalılar və yəhudilər arasında musiqi ənənələrinin təması və ümumi ruhunu hiss etmək olar. Soul2Soul-u Folks-Bianun teatrının direktoru Zalmon Mlotek yaradıb. O, afrikalı-amerikalıların və yəhudilərin əsrlərlə təqiblərə məruz qaldığını deyir: “Mən bunun yəhudi və afrikalı-amerikalıların icmaları arasında bir körpü ola biləcəyini düşündüm. Musiqidən başqa bunun hansı yaxşı yolu ola bilər?”

Mlotek afrikalı-amerikalıların mənəvi dəyərləri ilə 1960-cı illərdə, onların Vətəndaş Hüquqlarının qorunması yolunda mübarizəyə qalxdıqları vaxt tanış olmuşdu. O, yəhudi solçuların yay düşərgəsində məsləhətçi vəzifəsində çalışarkən, orada yaşayanların elə bu şouda olduğu kimi “Azadlıq” və digər mahnılar oxuduqlarını deyir.

Elmor Ceyms 1930-cu illərdə afrikalı-amerikalı müğənni Pol Robsonun İdiş vallarına dəyər verdiyini deyir: “Xalqın tarixi onun çəkdiyi əzablarla deyil, bu əzabların öhdəsində necə gəldiyi ilə ölçülür. Mən afrikalı-amerikalılar və yəhudi mədəniyyətlərinin ortaq zəminə malik olduğunu düşünürəm, bərabərsizliyə qarşı mübarizə. Bu iki xalqın incəsənəti bundan qaynaqlanır.”

Kantor Maqda Fişmenin ifasındakı klassik yəhudi mahnısının afrikalı-amerikalıların Blüz janrındakı interpretasiyasında insan ürəyinin döyüntülərini eşitmək olur.

Amerika yəhudiləri və afrikalı amerikalılar çox zaman 1939-cu ildə məşhur afrikalı-amerikalı jaz ustası Kab Kalloveyin yəhudi “Yoxsul dərzi” adlı mahnısı kimi mahnılarını birləşdirərək ifa edirlər.

XS
SM
MD
LG