Accessibility links

Musiqiçilər Amerikanın ənənəvi musiqi festivalına toplaşırlar


Musiqiçilər Amerikanın ənənəvi musiqi festivalına toplaşırlar
Musiqiçilər Amerikanın ənənəvi musiqi festivalına toplaşırlar

Bluegrass festivalı davam etməkdədir

Amerikanın Blugrass musiqisi ölkənin çox yerində populyardır. Bu müsiqi festivalının ifaçıları ölkənin müxtəlif bölgələrindən bir araya gəlirlər. Florida ştatında isə Bluegrass ayda iki dəfə keçirilir. Musiqiçilərin bir yerə toplaşaraq söyüd və palıd ağacları altında ifa etdikləri Bluegrass musiqisi Florida ştatının Kassia sakinlərini bir araya gətirir.

Gitara və dodaq qarmonu ifaçısı Larri Testerman belə festivalların məqsədinin həvəskarları bir yerə toplamaq olduğunu deyir. Larri Testerman deyir ki, bəziləri ola bilər onları bir o qədər də ciddi qəbul etmir. Lakin o, Bluegrass-in insanların bir araya gəlməsinə imkan yaratdığını deyir.

Amerikanın bu musiqi növü cox zaman 1700-cü illərdə Appalaç Dağları bölgəsinə gələn mühacirlərlə assosiasiya olunur.

“İrlandiyalılar həmin dağ regionuna gələndə əlbəttə ki, özləri ilə simli alətlərini, musiqilərini və rəqslərini gətirmişlər.” - deyə, Larri bildirir.

Bluegrass ifa edilərkən nə mikrofondan, nə də səs gücləndirici alətlərdən istifadə edilir. Burada musiqi ənənəvi olaraq, akustika alətləri vasitəsi ilə yayılır.

Cey Cey Veys Hiltop Rambler qrupun un üzvüdür. “Siz banco alətinə, sonra gitaraya nəzər salın, kontrabasla skripka doğrudan da yaxşı səslənir. Sonra köhnə mandolin götürün, bu alət də həqiqətən gözəl səslənir”.-deyə, Cey bildirir.

Musiqiçi Bill Monronu çox vaxt “Bluegrass”-in atası adlandırırlar. Monro 1930-cu illlərdə bu janrdan istifadə edən “The Blue Grass Boy” qrupunun başçısının adı olub.

Bluegrəs janrının ifaçıları Monro stilinə sadiq qaldıqlarını deyirlər. Onlar artıq 20 ilə yaxındır Florida ştatında toplaşırlar və bu ənənəni qarşıdan gələn onilliklərdə də davam etdirmək istəyirlər.

XS
SM
MD
LG