Accessibility links

Müsəlmanların Həcc ziyarəti başlayır


Sentyabrın 10-dan Səudiyyə Ərəbistanın Məkkə şəhərində Həcc ziyarəti başlayır.

Builki mərasimdə bütün dünyadan 1 milyon yarım müsəlman iştirak edir.

Ötən il Məkkədə ziyarət zamanı baş vermiş basabasda 2 mindən çox zəvvar ölmüşdü. Onlardan çoxu İran vətəndaşları idi.

Bu il Azərbaycandan Həcc ziyarətinə 1050 nəfər zəvvar gedəcək. Halbuki, ötən il Azərbaycandan həcc ziyarətinə 1500 nəfərlik kvotaya rəğmən, 2400 zəvvar getmişdi.

Müsəlmanlar üçün müqəddəs sayılan Məkkə şəhərində yerləşən Kəbə evini ziyarət etmək İslam dininə görə vacib əməldir.

Dinə görə, hər bir müsəlman, heç olmasa, bir dəfə Məkkəni ziyarət etməlidir.

Sentyabrın əvvəlində Qafqaz Müsəlmanları İdarəsi də Azərbaycandan Həcc ziyarəti üçün zəvvarların Səudiyyə Ərəbistanına yola düşdüyünü bildirib.

Bu il Azərbaycandan Həcc ziyarətinə 1050 nəfər zəvvar gedəcək. Halbuki, ötən il Azərbaycandan həcc ziyarətinə 1500 nəfərlik kvotaya rəğmən, 2400 zəvvar getmişdi.

Həcc ziyarətləri hər il Qurban bayramında gerçəkləşir. Bu il sentyabrın 12-si və 13-ü Qurban bayramı qeyd ediləcək.

Buna da bax: Həccə qurbanlar haradan gəlir?

Həccə qurbanlar haradan gəlir?
please wait

No media source currently available

0:00 0:03:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG