Accessibility links

Təhlil: Müsəlman Qardaşları və Misir seçkiləri

  • Amerikanın səsi

Təhlil: Müsəlman Qardaşları və Misir seçkiləri

Təhlil: Müsəlman Qardaşları və Misir seçkiləri

Human Rights Watch təşkilatında Misir üzrə ekspert Heba Morayef Müsəlman Qardaşları partiyasının Mübarək dövrü vəziyyəti və seçkilərdə partiyanın əldə etdiyi imkanları Amerikanın səsi üçün şərh edib.

Misirdə seçkilərdə Müsəlman Qardaşları partiyasının hələ nəticələr elan olunmasa da, irəlidə olduğu deyilir. Müşahidəçilərin fikrincə, ölkədə uzun zamandır əvvəlki hökumət dövrü insan hüquqlarının pozulması və korrupsiya hallarını kəskin tənqid edən partiyanın həqiqətən də problemləri həll edə biləcək bir qüvvə kimi yeni parlamentdə özünü doğrulda bilməsi misirliləri maraqlandıran başlıca məsələdir.

Human Rights Watch təşkilatında Misir üzrə ekspert Heba Morayef Müsəlman Qardaşları partiyasının Mübarək dövrü vəziyyəti və seçkilərdə partiyanın əldə etdiyi imkanları Amerikanın səsi üçün şərh edib. Həmin şərhi təqdim edirik.

Hüsnü Mübarək dövrü ölkənin ən böyük və ən yaxşı təşkilatlanmış partiyası olan Müsəlman Qardaşlarının fəaliyyəti qadağan olmuşdu. Hər dəfə ölkədə seçkilərdən öncə o zaman prezident olan Mübarək partiyanın minlərlə üzvünü həbs edirdi. Partiya üzvləri məhkəmə olmadan həbs edilir, ingəncəyə məruz qalır və bəzən hərbi tribunal qarşısına çıxarılırdı.

İllərdir repressiyaya məruz qalan Müsəlman Qardaşları partiyası bu səbəbdən 2005-ci ildə və bundan sonra tribunallar və işgəncə əleyhinə kampaniya aparıb. Onlar insan hüquqları məsələsini gündəmə gərtirərək, Mübarəkin repressiv rejimindən narazı olanları öz tərəfinə çəkməyə çalışıdırdı.

Eyni zamanda, Müsəlman Qardaşları Mübarək rejimində baş alıb getmiş korrupsiya əleyhinə kampaniya aparırdı. Bu da partiya sıralarına yeni insanları cəlb etməyə kömək etmişdi.

Bütün bunlarla yanaşı, Müsəlman Qardaşları geniş xeyriyyə fəaliyyətləri aparırdı və bu da onların xalq arasında dəstək qazanmasına imkan vermişdi.

Sələfilərə gəldikdə, onların vəziyyəti siyasi qrup kimi fəaliyyət göstərə bilmədikləri üçün Müsəlman Qardaşları partiyasından daha ağır olub. 2011-ci ildə birinci dəfə olaraq Sələfiliər təşkilatlana bilib və mediada onlara diqqət ayrılır. Buna qədər onlar gizli fəaliyyət apararaq, yalnız xeyriyyə işlərilə məşğul olurdu.

Bu partiyaların indi belə bariz şəkildə meydana çıxması Misirdə Mübarəkin on illərdir tətbiq etdiyi repressiv siyasətin nəticəsidir. Bu, elektoratı olan siyasi partiyaların təcrid olunması, fəaliyyətinin qadağan edilməsi, həbsə alınması və müxalifət üzvlərinə işgəncə verilməsindən ibarətdir. Hazırda elektoratın təşkilatlanaraq tərəfdarı olduğu bu partiyaları partlamentə gətirməsi kimi təbii demokratik proses müşahidə olunur.

Müsəlman Qardaşları partiyasının parlamentdə təmsil olunması təbiidir və Misirdə bir çoxları bunu qəbul edir. Müsəlman Qardaşlarının müzakirəyə çıxardığı məsələlərlə razı olmayanlar da birinci dəfə olaraq məsul tutmaq üçün onları partlamentdə görmək istəyir. Ölkəni ağır iqtisadi vəziyyətdən çıxarmaq üçün onlardan konkret işlər gözlənilr.

Müsəlman Qardaşları parlamentdə təmsil olunmuş partiya kimi artıq olduqca ciddi problemləri həll etməli olacaq, Çünki indiyə qədər partiyanın gördüyü əsas iş Mübarək hökumətinin repressiv taktikalarını tənqid etməkdən ibarət idi. Bu, Müsəlman Qardaşları partiyası üçün ən başlıca dəyişiklik olacaq.

Parlament seçkilərinin nəticələri misirli seçicilərin Müsəlman Qardaşları, ya da Sələfilərə kor-koranə, yoxsa, onların ölkədə dəyişiklik yarada biləcək bir qüvvə olacağına inanaraq səs verməsi məsələsinə də aydınqlıq gətirəcək.

XS
SM
MD
LG