Accessibility links

Misir rəsmilərinin Müsəlman Qardaşları qrupunun dini lideri Məhəmməd Badi həbs etməsi ordu ilə Mursi tərəfdarları arasında baş verən qarşıdurmalardan sonra etirazları daha da qızışdırıb.

70 yaşlı Badi bu gün səhər tezdən Qahirənin şərq bölgəsində məhəllədə saxlanılıb. Bu məhəllə həftələrdir Mursi tərəfdarlarının yeni hökumətə qarşı nümayişlərinə səhnə olub.

Cənab Badi Müsəlman Qardaşlarının həbs edilən digər liderləri ilə birlikdə avqust ayının 25-də məhkəmə qarşısına çıxarılacaq. Rəsmilər onları Mursinin devrilməsindən əvvəl, iyun ayında baş qərargahlarının yaxınlığında ölümlə nəticələnən zorakılıqlara fitva verməkdə ittiham edirlər.
XS
SM
MD
LG