Accessibility links

Dünya müsəlmanları Həcc ziyarətini yerinə yetirir (VİDEO)


Dünya müsəlmanları Həcc ziyarətini yerinə yetirir (VİDEO)
Dünya müsəlmanları Həcc ziyarətini yerinə yetirir (VİDEO)

Səudiyyə Ərəbistanı rəsmiləri bu il 2,5 milyon müsəlmanın Məkkədə illik Həcc ziyarətini yerinə yetirdiyini bildirib. Məhəmməd peyğəmbərin anadan olduğu Məkkə şəhərinə Həcc ziyarəti islam dininin ən qədim ənənələrindən biridir.

Səudiyyə Ərəbistanı şahzadəsi vəliəhd Nayef Bin Əbdül Əziz cümə günü krallığa dünyanın 183 ölkəsindən rekord sayda 1,8 zəvvarın gəldiyini bildirib. Xarici zəvvarlar yüz minlərlə səudiyyəli müsəlmana qoşularaq Həcc ziyarətini yerinə yetirib.

Zəvvarların çoxu Məkkədə və Məhəmməd peyğəmbərin 1400 ildən bundan əvvəl dəfn edildiyi Mədinə şəhərində müqəddəs məscidləri ziyarət edir. Həccin rituallarına habelə Ərəfat dağını ziyarət etmək və Şeytana daş atmaq daxildir. Bazar günü həm də dünya müsəlmanları tərəfindən Qurban bayramı kimi qeyd edilir.

Səudiyyə Ərəbistanı qarşısında ən mühüm vəzifə dünyada ən çox insanın toplaşdığı mərasimdə təhlükəsizliyin təmin edilməsi olur. Neftlə zəngin Səudiyyə Ərəbistanı əvvəllər Həcc ziyarəti zamanı çox sayda insanın ölümülə nəticələnmiş basırıqların baş verməməsi üçün milyardlarla dollar vəsait sərf edir.

Həcc ziyarətini canlı aşağıda izləyə bilərsiniz

XS
SM
MD
LG