Accessibility links

Müsəlmanlar haqda filmin reklamına icazə verilməyib [Video]


Mübahisə “Xəbərdarlıq: Müsəlmanlar gəlir” adlı filmin ictimai nəqliyyatda reklamı ətrafında yaranıb.

“Müsəlmanlar, bilirsiniz, onlar gəlir. Onlar mülayim və mehribandır, qollarınızı açın. Onları qucaqlayın.”

Problem bu filmin reklamı ilə əlaqəlidir. Filmin produserləri Vaguelu Qualified Productons şirkətindən komediya ustaları Negin Farsad və Dean Obeidallah Nəqliyyat departamentini metroda filmin reklamına icazə verilməsinə dair imzalanmış razılaşmanı yerinə yetirmədiyinə görə məhkəməyə veriblər. Onlar təxminən 20 min dollara qədər sərf edib.

Reklam kampaniyasına razılıq verdikdən sonra indi Metro rəsmiləri bildirir ki, filmdə münaqişəli siyasi mövzu var. Qlen Katon Müsəlman Müdafiəçilər qrupunun direktorudur.

Qlen Katon: “Siz yumoru qadağan edə bilməzsiniz. Müsəlmanlar insandır, onların da yumoru var kimi mesaji qadağan edə bilməzsinizz. Bu kimi şeylərlə bağlı ağlabatan mübahisə aparmaq çətin mümkündür. Buna görə də biz düşünürük ki, metro rəsmiləri səhv qərar verib.”

Metro rəsmiləri anti-İslamçı fəal Pamela Qeller tərəfindən sponsorlaşdırılan reklamları siyasi mesaj olaraq qəbul etdiyinə görə avtobuslardan yığışdırmaq təşəbbüsündən sonra məhkəmə ilə üzləşməli oldu. Nyu-York nəqliyyatını izləyən Gene Russianoff metronun bu qərarını mənasız adlandırıb.

Gin Russianoff: “Nyu-York şəhərində metroda azad sözün olması çox əhəmiyyətlidir. Nyu-York-da yaşamayanlar buranın küçələrini, ünsiyyət qurmağı, platformalarda çalınan musiqiləri sevirlər.”

“Xəbərdarlıq-Müsəlmanlar gəlir” filmi hazırda bəzi kinoteatrlarda nümayiş edilir və metro reklamları bu iki komediya ustası üçün çox vacibdir. Onlar metro rəsmiləri tərəfindən aldadıldığını düşünür.

Din Obeidallah: “Müsəlmanların frittata yemeyini sevməsində nə siyasi mesaj ola bilər ki? Ya da digər afişalarda olduğu kimi, Müsəlmanlar çox şeyi bəyənmir, məsələn, yayda qış papağı geyən adamları. Bizim kim olduğumuzu anlatmaq və özümü ifadə etməyimizdə siyasi heç bir şey yoxdur. Bu, doğrudan da belədir.”

Mədəni şüura malik bu komediya ustaları təkcə öz yumor dolu fikirləri deyil, müxtəlif baxışlara malik başqalarının da öz görüşlərini ifadə etməsi üçün yol açır.

XS
SM
MD
LG