Accessibility links

İntihac Məhəmməd beynəlxalq müsabiqədə Birləşmiş Ştatları təmsil edən ilk müsəlman qadındır. Nyu-Cersi ştatında doğulan qaradərili və müsəlman kimi böyüyən və hazırda 28 yaşı olan İbtihac Məhəmməd idmanı sevdiyini, lakin həyatda yerini tapmaq üçün çox çalışmalı olduğunu deyir:

“Biz boya-başa çatdıqca, əsasən də müəyyən bir yaşda yaxınlarımızın bizi sevməsini istəyir, dostlarımızdan geri qalmamağa çalışırıq. Lakin mən müsəlman olduğum və başımı örtdüyüm üçün dəyişiklik etməli idim. Mən futbol və ya tennis oynayarkən, mənim dostlarım qısaqollu köynək və qısa şalvar geyərkən, mən uzunqollu paltarda olmalı idim. Bu isə məni narahat edirdi və mən özümü onlardan kənarda hiss edirdim.”

Bədəninin bütün hissələrinin örtülü olması üçün idman növünü tapmaq fikri onun anasının ağlına gəlir. “Mən maska taxılması lazım olan idman növü seçdim. Mənim seçdiyim idman növü gğzəldir. İnsanlar mənə yalnız idmançı kimi baxırlar. Müsəlman, qaradərili və ya qadın olmağımın onlar üçün fərqi yoxdur.”

Qılıncoynatma yarışında iki idmançı texnikadan istifadə edir. Hər dəfə qılınc rəqibə dəyəndə onlar xal qazanır.

İntihac Məhəmməd qılıncoynatmaya 13 yaşında başlayıb və 2007-ci ildə Amerika Milli Komandasının üzvü olub. O deyir ki, əgər qara müsəlman qadının qılıncoynatmada iştirak edə bilməyəcəyini desəydilər belə, o bunu davam etdirəcəkdi. 2011-ci ildə o, Birləşmiş Ştatları təmsil edən ilk müsəlman qadın olub. Hazırda o, ABŞ-da ikinci, dünyada isə 10-cu yeri tutan idmançıdır.

İntihac Məhəmməd dünya boyu gənc qadın və qızların heç zaman digərləri tərəfindən irqi və dini ayrıseçkiliyə məruz qalmayacaqlarına ümid etdiyini deyir.
XS
SM
MD
LG