Accessibility links

Əhmədiyyə müsəlmanları: `Dinimiz sülh və sevgi dinidir` [Video]


Müsəlmanların müqəddəs Ramazan ayının başa çatması yaxınlaşdıqca Kaliforniyanın Los-Anceles şəhərindəki icma hələ də qeyri-müsəlmanlara İslamın beynəlxalq xəbər başlıqlarında olduğu kimi ekstemist deyil, sülh və sevgi dini olduğunu göstərməyə çalışır.

Ramazan müsəlmanların oruc tutub Allaha ibadət etdiyi aydır. Çino şəhərindəki Beytül-Həmid məscidində bu ay eləcə də qeyri-müsəlmanlarla bir araya gəlmək vaxtıdır. “Biz hüquq-mühafizə işçiləri olsaq da sizinlə eyni vəziyyətdəyik. Hər gün medianın yayımladığı xəbərlərdə siz polis və hüquq-mühafizə işçiləri haqda yeni bir xəbər eşidirsiniz. Mən sizə deyirəm ki, bunlar doğru deyil.” deyə, Çino şəhərinin polis rəisi bildirir.

Polisin medianın onlar haqda dedikləri ilə razılaşmadığı kimi Amerika müsəlmanları da Yaxın Şərqdə İslamçı ektremistlərlə eyni olmadıqlarını deməyə çalışır. “Bu sentyabrın 11-i hadisələrindən sonra Əl-Qaidə ilə müqayisə edilən vaxtlara bənzəyir. Allahın və peyğəmbərin adı ilə dəhşətlər törədən insanlarla bizim icmadakı kimi insanları eyni səviyyəyə qoya bilməzsiniz.” deyə, Əhmədiyyə İcmasının üzvü Əhsən Məhəmməd Xan bildirir.

Əhmədiyyə müsəlmanları icmas digər müsəlmanlardan fərqlidir. İslam daxilində bu dini təriqət XIX əsrdə meydana gəlib. Bir neçə il bundan əvvəl Əhmədiyyə Müsəlman İcması Birləşmiş Ştatlarda “Müsəlmanlar sədaqət üçün” adı altında kampaniyaya başlayıb. Əhsən məhəmməd xan deyir ki, bu bizim icmanın bütün dünyaya müsəlmanlar olaraq ölkəmizə sadiq olduğumuzu göstərmək üçün bir yoldur.

İcmanın imamı Məhəmməd Zəfərulla isə deyir ki, ekstremistlər öz dinlərini ləkələyir. “Onlar deyirlər ki, müsəlmandırlar, lakin bizim dinə görə onlar əsl müsəlman deyillər, çünki onlar dindən öz məqsədləri üçün istifadə edirlər.”

İcmanın bəzi üzvləri ekstremistlərin dünya boyu gənc müsəlmanları öz sıralarına cəlb etməsindən narahatdır.

Əhmədiyyə Müsəlman İcmasının üzvləri deyirlər ki, onların dini sevgi, sədaqət və sülh dinidir.

XS
SM
MD
LG