Accessibility links

Radikal müsəlman ruhani Əbu Həmzə ABŞ-a ekstradisiya edilə bilər


Avropanın İnsan Haqları məhkəməsinin çıxardığı qərara görə radikal müsəlman ruhani Əbu Həmzə və terrorçuluqda şübhəli bilinən başqa dörd nəfər Britaniyadan ABŞ-a ekstradisiya edilə bilər.

Qərəra əsasən nə ABŞ həbsxanasında vəziyyət, nə də onların ABŞ həbsxanasında çəkəcəkləri cəzanını müddəti Avropa qanunu pozmur.

İttiham edilən şəxslər qərarı apelyasiya məhkəməsinə verə bilər və yekun qərar çıxarılmayanadək məhkəmə onların ekstradisiya edilməyəcəyini deyib.

Əslən misirli Əbu Həmzə davamçılarını qeyri-müsəlmanlara hücum etməyə təhrik etdiyinə görə Britaniyada yeddi il həbs cəzası çəkir. O, Oreqon ştatında Əl-Qaidə təlimlərinə bənzər təlim düşərgələri yaratmaq da daxil olmaqla bir qrup cinayətlərə görə ABŞ tərəfindən axtarışdadır.

Federal məhkəmə eyni zamanda onu terrorçulara dəstək vermək, konspirasiya, Taliban təşkilatına xidmət və Yəməndə girovlar götürməkdə ittiham edir.

XS
SM
MD
LG