Accessibility links

Mustafa Abdel Cəlil Ceffri Feltmanla görüş keçirir

  • Amerikanın səsi

Mustafa Abdel Cəlil Ceffri Feltmanla görüş keçirir

Mustafa Abdel Cəlil Ceffri Feltmanla görüş keçirir

Liviyanın Milli Keçid Şurasının rəhbəri Mustafa Abdel Cəlil bu gün ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə yardımçısı Ceffri Feltmanla görüş keçirir. Paytaxt Tripolidə keçirilən danışıqlar Dünya Bankının Liviyanın yeni rəhbərliyini tanıması və ölkənin keçid mərhələsində yardım göstərəcəyini bəyan etməsindən sonraya təsadüf edir. ABŞ Dövlət Departamenti dünən bildirmişdi ki, Qəzzafinin oğlu Səadi Nigerdə qonaq evində saxlanılır. Departament sözçücü demişdi ki, gələcək addımlar Nigerlə Liviyanın Milli Keçid Şurasının qərarından asılı olacaq. Niger rəsmiləri sentyabrın 2-dən bəri Qəzzafiyə yaxın 32 adamın həmin ölkədə sığınacaq tapdığını bildirir.

XS
SM
MD
LG