Accessibility links

Rusiya hökuməti Rusiyanın siyasətini dəfələrlə tənqid etmiş Krım tatarlarının lideri Mustafa Cəmil Krımoğlunun beş il müddətinə Krıma daxil olmasına qadağa qoyub. Bu haqda məlumat Krım tatarlarının Məclisinin veb səhifəsində yayılıb.

Məlumata əsasən, aprelin 22-də Mustafa Cəmilov Krım tatarlarının məclisinin sədr müavini Aslan Ömər Krımlı ilə ABŞ-ın vitse-prezidenti Co Baydenlə görüşmək üçün Kiyevə yola düşüblər. Krımla Ukrayna arasında inzibati-ərazi sərhəddini keçən zaman Mustafa Cəmilova “Rusiya Federasiyasına daxil olmağa icazə verilməməsi haqda akt” təqdim edilib”-deyə məlumatda bildirilir.

Təqdim edilmiş akta əsasən, Mustafa Cəmil Krımoğlunun 2019-cu il aprelin 19-a qədər beş il müddətinə Rusiya Federasiyası ərazisinə daxil olması qadağan edilir.

Sovet məhbəslərində 15 ildən artıq saxlanmış Mustafa Cəmil Krımoğlu keçən ay Litvanın təşəbbüsü ilə Krım məsələsinə dair BMT Təhlükəsizlik Şurasının xüsusi qeyri-rəsmi sessiyasında iştirak edib. O, Krım referendumunu absurd adlandıraraq, onun qeyri-legitim olduğunu deyib. Mustafa Cəmilov Krımın Rusiyaya birləşdirilməsinə dair referendum zamanı çox sayda pozuntuların oldğuğunu və Krım tatarlarının səsverməni boykot etdiyini bildirib.

Onun sözlərinə görə, Krımın statutunun dəyişilməsi yerli xalqın istəkləri nəzərə alınmadan baş verib və buna görə də qanuni hesab edilə bilməz.
XS
SM
MD
LG