Accessibility links

Mustafa Krımoğlu: "Obama masadan qalxıb yanıma gəldi" [Eksklüziv - müsahibə]


Mustafa Cəmil Krımoğlu ABŞ prezidenti Barak Obama ilə görüşüb

Mustafa Cəmil Krımoğlu ABŞ prezidenti Barak Obama ilə görüşüb

Krım tatarlarının lideri Mustafa Cemil Krımoğlu ABŞ prezidenti ilə görüşü barədə Amerikanın Səsinə müsahibə verib

Krım tatarlarının lideri və Ukrayna Milli Məclisinin üzvü Mustafa Cəmil Krımoğlu iyunun 3-də Polşanın "Solidarnost mükafatı"nın ilk laureatı olub. Daha sonra cənab Krımoğlu ABŞ prezidenti Barak Obama ilə görüşüb. Amerikanın Səsinin Azərbaycan Xidmətinə eksklüziv müsahibəsində prezident Obama ilə görüşündən danışan Mustafa Krımoğlu əldə etdiyi mükafat barədə də söhbət açıb.

“Polşanın Kral sarayında ödül törənindən sonra dövlət başçısı tərəfindən ziyafət təşkil olundu. Orada 20-30 dövlətin başçısı iştirak edirdi. Çoxsaylı xarici işlər nazirləri də var idi. Ancaq biz Barak Obama ilə eyni masada əyləşmişdik. Obama tam qarşımda idi. Özü masadan qalxdı, yanıma gəldi, "təbrik edirəm" dedi, xöş sözlər söylədi. Onunla Krımdakı, Ukraynadakı vəziyyət barədə danışdım. Narahatlığımı bildirdim. Dedim ki, son zamanlar elə bil Krımın unudulması kimi bir hiss var. Ancaq xalqımız təhlükə altındadır. Obama isə dedi ki, belə bir şey yoxdur” – deyə Mustafa Krımoğlu bildirib.

Onun sözlərinə görə, Obama ona bildirib ki, ABŞ Krımın bir qarış torpağını belə Rusiya ərazisi kimi tanımayacaq.

İlk dəfə təqdim edilən “Solidarnost” mükafatı barədə də danışan cənab Krımoğlu mükafat üçün Afrikadan, Amerikadan və Ukraynadan digər namizədlərin də olduğunu deyib. Sabiq prezident Lex Valesanın adına olan mükafat insan haqları və demokratiyanın müdafiəçilərinə təqdim edilir.

“Ödülün şərtləri belədir: 250 min avro ödülü alan şəxsin özünə təqdim edilir; 50 min avro Polşa ilə tanışlıq üçün ayrılır; qalan 100 min avro isə demokratiya üçün proqrama verilir, ancaq bu proqramları laureatın özü müəyyən edir” – Mustafa Cəmil Krımoğlu bildirib.

Krımda vəziyyətin ağır olduğunu dilə gətirən Krım tatarlarının lideri hazırda regionda Sovet rejiminə oxşar rejimin mövcud olduğunu bildirib.
  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG