Accessibility links

Mustafa Cəmil Krımoğlu: İşğal altında referendum necə keçirilə bilər?


Mustafa Abdulcəmil Krımoğlu
Mustafa Abdulcəmil Krımoğlu

Krım tatarlarının lideri BMT-də çıxış edib

Krım Tatar Məclisinin keçmiş rəhbəri, Ukrayna Ali Radasının (parlament) deputatı Mustafa Abdülcəmil Krımoğlu, Krımdakı hadisələrlə bağlı BMT-də çıxış edib. M.Krımoğlu insan haqları, mətbuat azadlığı və etnik azlıqlara hörmətlə bağlı Krım və Sevastopoldakı son durumdan narazılığını ifadə edib.

Ukrayna və Türkiyənin BMT-də daimi təmsilçiləri Yuri Sergeyev və Halit Çevik toplantıya qatılıblar. M.Krımoğlu çıxışında Krmda referendumun işğal altında keçirildiyini xüsusi vurğulayıb. Bu referendumun azad iradəni ifadə etmədiyini, həqiqətdə seçkiyə qatılanların həddən az olduğunu deyib.

1994-cü ildə Ukrayna nüvə arsenalını ləğv edərkən ABŞ, Böyük Britaniya və Rusiyanın bu dövlətin ərazi bütövlüyünə zamin durduğu deyilib. M. Krımoğlu zamin duran dövlətlərdən biri Rusiyanın indi zamin yox, təcavüzkar rolunda olmasına diqqət çəkərək Ali Radanın nüvə silahına yenidən sahib olmaq məsələsini gündəmə gətirə biləcəyinə işarə edib. “İşğal altında olan bir torpaqda referendum necə keçirilə bilər? Digər tərəfdən bu referendum Ukrayna qanunlarına ziddir, əgər rerfenedum olacaqsa, bütün ölkənin səs verməsi lazımdır”, deyə o, Krımdakı referendumu qanunsuz adlandırıb.

M.Krımoğlu Krım tatarlarının referenduma qatılmadıqlarını, 180 min Krım tatarından cəmi min nəfərə qədər adamın səs verdiyini, onların da Rusiyaya birləşmək əleyhinə səs verdiklərini nəzərə çatdırıb. “Rusiyanın referendumda iştirakla bağlı dediyi 87% yalandır. Krımın tarixində seçkilərdə bu qədər iştirakçı olmayıb, bunun belə olmadığını hər kəs bilir, iştirak 33%-dən çox olmayıb”, Krımoğlu qeyd edib.

“Bu məsələdə lazım olduğu anda referendum keçirəcəyik, referendumumuz açıq olacaq, ona görə də beynəlxalq qurumlardan müşahidəçilər tələb edirik”, deyə Krım tatarlarının lideri davam edib.

M.Krımoğlu BMT Təhlükəsizlik Şurası üzvlərinə Rusiyanın Krıma daxil olması ilə Kiyevə bağlı kilsə binalarını aldıqlarını deyib. Buna cavab olaraq, Krım müftiliyi Kiyevə bağlı din xadimlərinə tatar məscidlərində ayinləri icra etmək təklifi verib.
M.Krımoğlu ABŞ senatorları ilə görüşəcəyini, Kornegi Fondunda çıxış edəcəyini söyləyib.
XS
SM
MD
LG