Accessibility links

Mustafa Hacıbəylinin saxlanma səbəbləri bəlli deyil

28 May - Respublika Günü münasibətlilə Novxanı qəsəbəsində keçirilən mitinqdən sonra mülki geyimli şəxslər Müsavat Partiyası məclsinin üzvü Mustafa Hacıbəylini saxlayaraq, "Niva" markalı maşınla naməlum istiqamətə aparıb.

Musavat.com saytı yazır ki, Mustafa Hacıbəyli İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə əsasən (xırda xuliqanlıq) ittihamı ilə Abşeron Rayon Polis idarəsində saxlanılır.

Vəkil Nemət Kərimli sayta deyib ki, mayın 29-da Abşeron Rayon Məhkəməsində Mustafa Hacıbəylinin məhkəməsi keçiriləcək, jurnalistlər məhkəmədə şahid qismində iştirak edəcəklər.

Rəsmi mənbələr müxalifətçinin saxlanma səbəblərini izah etmir.
XS
SM
MD
LG