Accessibility links

Edama məhkum edilmiş qadınların vəkili İran rəsmilərinin ittihamlarını rədd edib

  • Insafəli Hidayət

Edama məhkum edilmiş qadınların vəkili İran rəsmilərinin ittihamlarını rədd edib

Edama məhkum edilmiş qadınların vəkili İran rəsmilərinin ittihamlarını rədd edib

18 azyaşlının edam hökmünün dəyişdirilməsinə nail olan Vəkil ən son daşqalaq yoluyla edama məhkum edilmiş və cəzasının icrası beynəlxalq təzyiqlər nəticəsində dayandırılmış Səkinə xanım Məhəmmədi Aştiyanini müdafiə edib

İranda edama məhkum edilmiş şəxslərin vəkili Məhəmməd Mustafai başqasının vəsaitindən suistifadə barədə Tehran prokurorunun ittihamlarını rədd edib. Tehran prukuroru Abbas Cəfəri Devlətabadi İran televiziyasına deyib ki, "vəkil başqasının vəsaitindən suistifadəyə görə nəzarət altına alınmışdı və buna görə də İrandan qaçıb".

Cənab Mustafayi 18 yaşınadək olan edama məhkum edilmiş cavan uşaqların müdafiəsi üçün bank hesabı açıb və onların azadlığa buraxılmasına kömək üçün pul toplayıb. Vəkil BBC-yə bildirib ki, bank hesabları ilə bağlı hər bir məlumat var, bununla bağlı prtokurorluğun sorğusuna cavab verib.

O 18 yaşın altında ola ola edama məhkum edilmiş 40 nəfərin vəkilidir və həmin şəxslərdən 18-nə qarşı edam hökmünün aradan qaldırılmasına nail olub. Cənab Mustafayi son dəfə İran Azərbaycanından olan Səkinə xanım Məhəmmədi Aştiyani müdafiə edib. Səkinə xanım daşqalaq olunmaq yoluyla edama məhkum edilib və onun edamı son həftələrdə gündəlikdə idi. Vəkil onun edamının qarşısını almaq üçün beynalxalq müdafiə kampaniyası təşkil edib. Beynəlxalq səviyyədə hüquq müdafiyəçiləri və bəzi dövlətlər daşqalaq edilmək yolu ilə edam hökmünün icrasına qarşı kəsgin çıxışları ilə İrana təzyiq göstərəndən sonra və Cənab Mustafainin fəaliyyətləri nəticəsində İran edamın icrasını dayandırıb. Ancaq xanım Məhəmmədlinin edam cəzasının başqa yollarla icra olunması ehtimalı hələ də mövcutdur.

Cənab Mustafayi öz "Müdafiə" saytında qeyd edib ki, onu prokurorluq sorğuya çağırıb. O yazıb ki, “Sorğuya cavab verib evə qayıdandan sonra, mənə telefon açıb məni telefonda təhqir etdilər”.

Beləliklə, həbs ediləcəyini ehtimal edən vəkil İrandan Türkiyəyə qaçır. Amma İranın təhlükəsizlik orqanları vəkilin İranda gizləndiyini ehtimal edir və onun yaxınlarından 3 nəfəri girov saxlayır. Mustafayi isə Turkiyədə tutulur və 6 gün nəzarətə alınır. Bundan sonra, Norveç vəkilə bir illik viza verir. İran onun həyat yoldaşı, qayını və qayınatasını azadlığa buraxmağa məcbur olur. Hazırda hər üç şəxsə qarşı onu gizlətmək ittihamı irəli sürülüb.

Cənab Mustafayi isə Alman radiosuna bildirib ki, O Norveçə sığınacaq almaq üçün gəlməyib. “Mən İrandakı cinayətlərin üstünü açacağam”, - deyə o qeyd edib.



XS
SM
MD
LG