Accessibility links

Dövlət Müstəqilliyi Günü


Milli Müstəqillik günü
Milli Müstəqillik günü

Bu gün Azərbaycanda rəsmi tədbirlər keçirilmir, müxalifət Elçibəyin məzarını ziyarət edib

18 oktyabr Azərbaycanda Dövlət Müstəqilliyi Günüdür.

Milli Müstəqillik Günündə Əbülfəz Elçibəyin məzarının ziyarəti
Milli Müstəqillik Günündə Əbülfəz Elçibəyin məzarının ziyarəti
1991-ci il oktyabrın 18-də Azərbaycan parlamenti Azərbaycan dövlət müstəqilliyinin bərpa olunması haqqında Konstitusiya aktı qəbul edib.

Bu sənədlə Azərbaycan Respublikası özünü bolşevik işğalı nəticəsində süqut edən 1918-20-ci illər Azərbaycan Demokratik Respublikasının varisi elan edib.
Konstitusiya aktına əsasən milli və dini mıənsubiyyətindən aslı olmayaraq bütün vətəndaşlara bərabərhüquqluluq zəmanəti verilir.

2006-cı ilə kimi 18 oktyabr həm bayram, həm də qeyri-iş günü idi. Amma parlament qanunvericiliyə dəyişklik edərək 18 oktyabr gününü bayram və qeyri-iş günü sıarsaından çıxarıb. Bu tarixlə bağlı iqtidar dövlət səviyyəsində hər hansı tədbir keçirmir.

İqtidar Konstitusiya aktını qəbul edən o zamankı “Demokratik Blok”dan olan deputatların xidmətlərini qanunsuz olaraq aşağılayır. Onlara hətta deputat təqaüdü belə müəyyən olunmayıb, amma kommunist blokundan olan və 1991-ci ilin martında SSRİ-nin saxlanmasına səs verən deputatlar müstəqillik dövründə də yüksək dövlət vəzifələri tutmaqdadır.

Milli Müstəqillik Günündə Əbülfəz Elçibəyin məzarının ziyarəti
Milli Müstəqillik Günündə Əbülfəz Elçibəyin məzarının ziyarəti
Dövlət Müstəqilliyi Günündə Demokratik Qüvvələrin Milli Şurası Azərbaycan xalq hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin məzarını ziyarət edib. Şuraya daxil olan partiya liderləri və fəallarının iştirakı ilə təşkil olunan anım mərasiminə Elçibəy ideyasının daşıyıcı olan yüzlərlə insan qatılıb.

AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, Milli Bozqurd Partiyasının sədri İsgəndər Həmidov Elçibəyin məzarı başında çıxış ediblər.
XS
SM
MD
LG