Accessibility links

Azərbaycan prezidenti Amerika xalqını Müstəqillik Günü münasibəti ilə təbrik edib


Prezidentlər İlham Əliyev və Brak Obama
Prezidentlər İlham Əliyev və Brak Obama

“Biz Azərbaycan ilə ABŞ arasındakı münasibətlərə xüsusi əhəmiyyət veririk”, İlham Əliyev bildirib

Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamanı və Amerika xalqını Amerikanın Müstəqillik Günü münasibəti ilə təbrik edib.


Təbrikdə deyilir:

“Biz Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlərə xüsusi əhəmiyyət veririk. Bu münasibətlər müstəqillik qazandığımız vaxtdan bu günədək böyük inkişaf yolu keçmiş, bir sıra sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

Azərbaycanın gerçəkləşdirdiyi irimiqyaslı enerji layihələrində, beynəlxalq təhlükəsizliyin təmin edilməsində, terrorizmə qarşı mübarizədə, NATO-nun Əfqanıstandakı sülhyaratma missiyasında birgə iştirakımız tərəfdaşlığımızın mühüm istiqamətlərindəndir.

Biz, eyni zamanda, xalqımızın uzun müddətdən bəri həllini gözləyən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox soydaşımızın doğma yurd-yuvasına qaytarılması üçün ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ-ın və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik”, təbrikdə qeyd edilir.

XS
SM
MD
LG