Accessibility links

Azərbaycan prezidenti ABŞ prezidentini təbrik edib


Prezidentlər İlham Əliyev və Brak Obama

Prezidentlər İlham Əliyev və Brak Obama

Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Barak Obamaya Amerikanın milli bayramı – Müstəqillik günü münasibətilə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

Azərbaycan ABŞ-la münasibətlərə böyük əhəmiyyət verir. Ölkələrimiz arasındakı əlaqələr hərtərəfli və dinamik inkişaf yolu keçərək bir çox sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Avropanın və bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsinə töhfəmiz, beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığımız, eləcə də dünyanın ən qaynar nöqtələrində beynəlxalq birliyin sülhyaratma missiyasında iştirakımız bu münasibətlərin bariz nümunələridir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması, işğal olunmuş ərazilərimizin azad edilməsi, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox soydaşımızın öz doğma torpaqlarına qayıtması üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın və şəxsən Sizin, cənab Prezident, səylərinizin tezliklə nəticə verəcəyinə bizim böyük ümidlərimiz var.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Amerika xalqına daim sülh və rifah arzulayıram”, prezident Əliyev qeyd edir.

XS
SM
MD
LG