Accessibility links

Kampaniya etiraz aksiyalarında iştiraka görə məhkəmə cərimələrini ödməyə yönəlib. 26 yanvar aksiyasında cərimələnənlərin ümumi məbləği 16.050 AZN-dir


Martın 18-də Müsavat Partiyasının qərargahında Demokratiyaya Yardım Fondunun elan etdiyi “10 qəpik” kampaniyası çərçivəsində xeyriyyə marafonu keçirilib. Xeyriyyə marafonuna yüzlərlə ictimaiyyət nümayəndəsi, siyasətçilər, elm xadimləri, gənclər və yaşlı nəslin nümayəndələri qoşulub.

Müsavat Partiyasında xeyriyyə marafonu (Musavat.com saytı, Fərahim İlqaroğlu)

Müsavat Partiyasında xeyriyyə marafonu (Musavat.com saytı, Fərahim İlqaroğlu)

​Partiyanın mətbuat xidmətinin

məlumatına görə, hakimiyyət tərəfindən mitinqlərdə iştirak etdiklərinə görə qeyri-qanuni şəkildə cərimələnən gənclərə yardım məqsədilə keçirilən kampaniya zamanı müsbət nəticə əldə olunub.

12 yanvar "Əsgər ölümlərinə son!" aksiyasında cərimələnən fəallar kimi 26 yanvar "İsmayılllıya dəstək!" aksiyasında da ictimai-siyasi fəallar və adi vətəndaşlar yüksək miqdarda cərimələndilər.

"Əsgər ölümlərinə son!" aksiyasında cərimələnən fəallar üçün uğurlu "5 qəpik" kampaniyası keçirilib və cərimələr ödənilib. "İsmayıllıya dəstək!" aksiyasında cərimələnənlərin əksəriyyəti isə hələ də bu cərimələri ödəyə bilməyiblər.

Həmçinin hazırda Azərbaycanın regionlarında xüsusi maraqla izlənilən və insanlar üçün həqiqi informasiya kanalı olan "Azərbaycan saatı" proqramının fəaliyyətini dayandırmaq təhlükəsi var.

Bu problemləri nəzərə alan, vətəndaş cəmiyyəti nümayəndələri “Demokratiyaya Yardım Fondu" yaradıb və davamlı ianə toplama kampaniyasına başlayıb.

26 yanvar aksiyasında cərimələnənlərin ümumi məbləği 16.050 AZN-dir.
XS
SM
MD
LG