Accessibility links

Mütəxəssislər yeni kredit kartlar hazırlamağa çalışır [Video]


Yeni kredit kartlar necə olacaq?
please wait

No media source currently available

0:00 0:02:25 0:00

Yeni kredit kartlar necə olacaq?

Hazırda Böyük Britaniyada alimlər məlumatların çipə deyil, plastikin özünə əlavə edilməsini təcrübədən keçirirlər

Amerikanın tanınmış Target mağazalar şəbəkəsində istifadə olunan 40 milyon kredit və debit kartın məlumatlarının ələ keçirilməsi barədə son xəbərlər plastik bank kartlarının təhlükəsizliyinə dair narahatlıqları artırıb. Bu kartların maqnit zolağında və ya plastikə əlavə edilmiş çipdə maliyyə məlumatları yerləşdirilib. Hazırda Böyük Britaniyada alimlər məlumatların çipə deyil, plastikin özünə əlavə edilməsini təcrübədən keçirirlər. Bu üsul ilkin mərhələsində olsa da, texnologiyanı hazırlayanlar bildirir ki, bəzi kredit kart şirkətlərinin marağını cəlb etmək mümkün olub.

Bu gün kredit və debit kartların böyük əksəriyyətində kart sahibinin bank hesabı və PIN adlanan şəxsi kimlik nömrəsi barədə şifrələnmiş məlumatı saxlamaq üçün maqnit zolağından istifadə edilir.

Digər kredit kartlar isə məlumatı yaddaş çiplərində saxlayır və bu çiplər kartı oxuyan aparatla kabelsiz bağlantıya girir. Hər iki sistem müdaxilə oluna biləndir. Cinayətkarlar bankların və ya dükanların satış sistemlərinə çıxış əldə edərək məlumatları oğurlaya bilər. Oxşar hadisə ABŞ-da Target mağazalar şəbəkəsində baş verib.

Hazırda Böyük Britaniyada alimlər məlumatların çipə deyil, plastikin özünə əlavə edilməsini təcrübədən keçirirlər.

Uarvik Universitetində Uarvik İstehsalat Qrupunun fəxri professoru Qordon Smit deyir ki, araşdırmaçılar məlumatları şifrələmək məqsədilə kartın rəngindən istifadə etmək üçün plastik qəlibləmə aparatını manipulyasiya ediblər: “Ərimiş plastik formaya salınan zaman biz piqmentləri elə hərəkət etdiririk ki, onlar xüsusi şəkil formalaşdırır”.

Piqmentlər plastikin içərisində konfiqurasiya olunur və məlumatların şifrələnməsi təmin edir. Kart maqnit zolağın oxuyucusuna oxşar xüsusi skanerdən keçəndə proqram içərisində məlumatlar olan şəkli oxuyur.

“İlk dəfə plastikin içərisində şəkil hazırlayanda bunun yalnız estetik dəyişiklik olduğunu düşünürdük, ancaq sonra anladıq ki, dəyişikliyi həyata keçirə bilsək, şəkili gizlətmək üçün kartı rəngləyə və onu daha qeyri-adi edə bilərik” - deyə Qordon Smit bildirir.

Smit etiraf edir ki, kartın necə hazırlanması aşkar edilsə, sistemə müdaxilə oluna bilər. Ancaq o, bunun baş verə biləcəyinə inanmır. Belə ki, qəlibləmə aparatını əldə etmək 300 min dollar başa gəlir.

Bu, yeni sistemin müştəriləri hazırda yalnız gözləməklə kifayətlənir və bu üsuldan hələ ki, heç bir ictimai şəbəkədə istifadə edilməyib. Ancaq Smit deyir ki, kredit kart şirkətləri artıq yeni texnologiya ilə maraqlanmağa başlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG