Accessibility links

İctimai Palatanın (İP) 2011-ci il aprelin 2-də keçirdiyi razılaşdırılmamış aksiya ilə bağlı saxlanılan Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı və AXCP sədrinin müavini Fuad Qəhrəmanlının barələrində olan məhkəmə hökmündən Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərilib. Bu barədə APA Agentliyinə vəkil Əsabəli Mustafayev məlumat verib.
Qeyd edək ki, Səbayel Rayon Məhkəməsinin hökmünə əsasən, Arif Hacılı 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Fuad Qəhrəmanlı isə 1 il şərti cəzaya məhkum olunub. Həmin qərardan apelyasiya şikayəti verilib. Lakin, məhkəmə şikayətləri təmin etmədiyi üçün Ali Məhkəməyə kasasiya şikayəti ilə müraciət olunub. Ali Məhkəmə də birinci instansiya məhkəmənin hökmünü dəyişdirməyib.
XS
SM
MD
LG