Accessibility links

ABŞ-ın Azərbaycandakı səfiri müxalifət rəhbərləri ilə görüşdü


Riçard Morninqstar: Amerika və Azərbaycan bütün enerji məsələlərində ümumi ortaq razılıq əldə edib
Riçard Morninqstar: Amerika və Azərbaycan bütün enerji məsələlərində ümumi ortaq razılıq əldə edib

Görüşdə ictimai-siyasi vəziyyət və prezident seçkiləri öncəsi mühit müzakirə mövzusu olub

Noyabrın 21-də ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarla bir qrup müxalifət partiyasının nümayəndəsi arasında görüş keçirilib.

APA-nın məlumatına görə, ABŞ səfirinin dəvəti ilə keçirilən görüş zamanı toplantıda müzakirə olunan məsələlərin detallarının mətbuata açıqlanmaması xahiş edilib.
Lakin əldə olunan məlumata görə, görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət və prezident seçkiləri öncəsi ölkədəki mühit müzakirə mövzusu olub. Müxalifət nümayəndələri görüşdə ölkədəki iqtisadi vəziyyətə dair məsələlər haqda da danışıblar.

Görüşdə AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbər, BAXCP sədrinin müavini Elçin Mirzəbəyli, Böyük Quruluş Partiyası Ali Məclisinin sədri Əjdər Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, “REAL” Vətəndaş Hərəkatın həmtəsisçisi Natiq Cəfərli, AMİP sədri Yusif Bağırzadə, Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər və Liberal Partiyanın sədri Əvəz Temirxan iştirak edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG