Accessibility links

Müxalifət fəalları məhkəmədə son söz deyir


Müxalifət fəalları məhkəmədə son söz deyir

Müxalifət fəalları məhkəmədə son söz deyir

Bu günki prosesdə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, bu partiyanın Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP sədrinin müavini Fuad Qəhrəmanlı son sözünü deyib.

Səbael rayon məhkəməsində 2 aprel aksiyasından sonra həbs edilmiş 4 müxalifət fəalının məhkəməsi davam edib. Artıq, fəallara məhkəmədə son sözlərini deyir. Bu günki prosesdə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, bu partiyanın Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP sədrinin müavini Fuad Qəhrəmanlı son sözünü deyib. Azərbaycan Xalq Cəbhəsi Partiyasının şöbə müdiri Məhəmməd Məcidli isə səhhətində problem yarandığına görə son sözünü oktyabrın3-nə saxlayıb.

Beləliklə, məhkəmədə hökm oxunuşu oktyabrın 3-də olacaq.

Müxalifət fəalları ittihamın siyasi sifariş olduğunu məhkəmənin diqqətinə çatdırıb. Onlar nəhayətdə ölkədə demokratiyanın qalib gələcəyini deyib. Korrupsiyaya uğramış hazırki rejim insanların fundamental azadlıqlarını tapdayır.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məhkəmədən öncə Amerikanın Səsi radiosuna müsahibə verib. Onun məhkəmədəki çıxışının bütün tezisləri bu müsahibədə əksini tapıb.

Müsahibəyə qulaq asın:

Xatırladaq ki, sentyabrın 26-da dövlət ittihamçısı məhkəmədən Arif Hacılı, Məhəmməd Məcidli, Tural Abbaslının hər birinə 3 il, Fuad Qəhrəmanlının 2 il 5 ay 28 gün həbs istəyib.

Müxalifət fəalları Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunur.

XS
SM
MD
LG